Zelenski və Ərdoğan nələrdən danışdı?
Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə məlumat verib.
KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ərdoğan açıq şəkildə bildirib ki, Ukraynanın iştirakı olmadan aparılacaq hər hansı danışıqlar davamlı sülhə gətirib çıxarmayacaq. Ukrayna lideri həmçinin ölkəsinin suverenliyi və ərazi bütövlüyünə dəstəyə, eləcə də İstanbulda Rusiya tərəfi ilə keçirilən görüşlərdə Türkiyənin vasitəçilik roluna görə Ərdoğana təşəkkür edib.
Tərəflər mövcud diplomatik vəziyyəti və açılan imkanları müzakirə edərək, bütün risk və təhdidləri eyni dərəcədə anladıqlarını vurğulayıblar. Zelenski qeyd edib ki, imitasiya olunmuş, ədalətli olmayan sülh uzun sürməyəcək və Rusiyanı daha çox ərazi işğalına sövq edəcək.
O, həmçinin Ukraynanın qətllərin dayandırılması və müharibənin sona çatdırılması naminə istənilən formatda görüşlərə hazır olduğunu bəyan edib. Ərdoğan isə ölkəsinin Ukrayna, ABŞ, Rusiya və Türkiyə liderlərinin sammitinə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib. Liderlər, həmçinin BMT Baş Assambleyası çərçivəsində Ukraynanın hazırladığı yüksək səviyyəli tədbirlər və bu prosesdə Türkiyənin iştirakını təmin etmək istiqamətində birgə iş barədə danışıblar.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı