Zelenskinin anonsunu verdiyi "sülh planı"nda nələr var? - AÇIQLAMA
Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 25-də BMT Baş Assambleyasında çıxış edərək sülh planı təqdim edəcəyini bildirib.
Maraqlıdır, tərəflər hansı şərtlər altında razılıq əldə edə bilər və Ukrayna tərəfinin bu məsələdə məqsədi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli Ukraynanın sülh planı ilə çıxış etməsinin daha məntiqli olduğunu qeyd edib:
"Proseslərin uzun müddət davam etdirmək üçün tərəflərdə iradə yoxdur. Çünki qlobal sitiuasiyanın dəyişmək ehtimalı kifayət qədər çoxdur. Rusiya da resurs baxımından limitsiz ölkə deyil. Ukrayna ilə də bağlı məsələ hər kəsə məlumdur. Rəsmi Kiyevin sülh planı ilə çıxış etməsi daha məntiqlidir. Düzdür, Kursk ərazisində müəyyən qədər uğurlar qazanıldı, ancaq bunu davam etdirmək üçün hərbi potensial lazımdır. Ukrayna prizmasından baxdıqda isə bu, real görünmür".
Ekspert qeyd edib ki, bu məsələdə Zelenskinin bir neçə məqsədi ola bilər:
"Ümumiyyətlə praktikada belə yanaşma var ki, əksər hallarda müharibədə uduzan tərəf oxşar təkliflə çıxış edir. Baxın, müharibə təkcə Rusiyaya yox, digər ölkələrə də zərər verir. Zelenski çalışır ki, sülh planını təklif etməklə Rusiyaya təzyiq etsin. Həmçinin rəsmi Kiyev Qərb və Rusiya arasında münasibətlərin daha da kəskinləşməsini istəyir. Çünki masada real mətn var və Avropa bununla Moskvaya təzyiq göstərə bilər. Bundan başqa, digər məqam ABŞ-də keçiriləcək prezident seçkiləridir. Zelenski hakimiyyəti riskə getməyi gözə ala bilməz. Digər tərəfdən, Kamalla Harris prezident seçilməyə bilər. Donald Trampın qalib gəlməsi müharibədə Zelenskinin böyük itkilər verməsinə səbəb ola bilər".
Məlik Məlikov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb