"Zelenskinin məyusluğunu anlayırıq, ancaq müharibə Ukraynadan..." - NATO Baş katibindən ŞOK AÇIQLAMA
"Prezident Zelenskinin və Ukrayna xalqının məyusluğunu başa düşürük, çünki onlar Putinin işğalçı qoşunları ilə amansız müharibənin qurbanı olublar, ancaq müharibə Ukrayna sərhədlərindən kənara çıxmamalıdır".
KONKRET.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq ARD telekanalının efirində deyib.
Baş katib hərbi alyansın Ukraynanı dəstəkləyəcəyini vurğulayıb, lakin münaqişənin genişləndirilməsinə qarşı da xəbərdarlıq edib:
"Biz hərbi və maliyyə dəstəyimizi artırdıq. Almaniya bu məsələlərdə əsas rol oynayır. Lakin münaqişə nəzarətdən çıxmamalıdır".
Y.Stoltenberq bildirib ki "görünməmiş sanksiyalar" Rusiyaya çox ağır başa gələcək.
"NATO müttəfiqləri 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaqından sonra Ukrayna əsgərlərinə təlim keçib və bütün bunlar hazırda Ukrayna ordusuna Rusiya qoşunlarının işğalına qarşı kömək edir" – Stoltenberq əlavə edib.
Vəsilə İbrahim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti