Zelenskiyə meydan oxudu - ŞOK DETALLAR

Zelenskiyə meydan oxudu - ŞOK DETALLARUkraynada müharibənin davam etdiyi bir vaxtda prezident Volodimir Zelenskinin üzləşdiyi siyasi təzyiqlər yeni və daha təhlükəli mərhələyə daxil olmaqdadır. Artıq söhbət yalnız cəbhədəki vəziyyətdən və Rusiyanın hücumlarından getmir. Zelenskiyə qarşı narazılıq ölkənin siyasi sisteminin daxilində, onun öz hakimiyyət komandasında və yaxın çevrəsində formalaşmağa başlayıb. Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumları sayılan NABU və SAPO prezident aparatının yüksək vəzifəli şəxslərinin də adının keçdiyi iddia edilən cinayətkar təşkilata qarşı əməliyyat keçirildiyini açıqlayıb. İstintaqın bütün detalları hələlik açıqlanmasa da, araşdırmanın məhz yüksək səviyyəli siyasi fiqurlara qədər uzanması Zelenski hakimiyyəti üçün ciddi reputasiya və siyasi problem yaradır.
Bunun ardınca keçmiş müdafiə naziri Mixaylo Fedorovun çıxışı isə vəziyyəti daha da mürəkkəbləşdirib. Zelenskinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan Fedorov Ukraynada "sistemli idarəçilik böhranı"ndan danışıb, korrupsiyanın ölkənin müharibə imkanlarına zərər vurduğunu bildirib və müharibə davam etsə belə, seçkilərin keçirilməsi üçün mexanizm tapılmasına çağırıb. "Reuters" onun bu çıxışını 2022-ci ildə müharibənin başlanmasından bəri Zelenskiyə qarşı ən ciddi daxili siyasi çağırış kimi qiymətləndirir.
Burada diqqətçəkən məqam Fedorovun sadəcə keçmiş məmur kimi danışmamasıdır. O, faktiki olaraq Zelenski hakimiyyətinin idarəçilik modelini hədəfə alır. Üstəlik, onun çıxışı vəzifədən çıxarılmasından sonra Fedorova dəstək aksiyalarının keçirildiyi bir dövrə təsadüf edir.
Zelenskiyə meydan oxudu - ŞOK DETALLARUkraynanın daxili siyasi arenasında artıq "müharibə bitəndən sonra nə olacaq?" sualından daha ciddi bir sual meydana çıxır: müharibə davam etdiyi halda Volodimir Zelenskinin hakimiyyətinə alternativ siyasi xətt formalaşırmı?
Fedorovun seçkilərlə bağlı çağırışı da təsadüfi siyasi bəyanat təsiri bağışlamır.
Ukraynalı politoloq Vladimir Fesenko bu çıxışın Fedorovun faktiki olaraq Zelenskiyə qarşı müxalif mövqeyə keçməsi anlamına gələ biləcəyini bildirib. Ukrayna mediasında isə onun bəyanatının gələcəkdə siyasi fəaliyyətə başlamaq niyyətinin göstəricisi ola biləcəyi barədə şərhlər səslənir.
Beləliklə, Zelenski üçün təhlükə artıq yalnız Moskva cəbhəsindən gəlmir. Əgər korrupsiya araşdırmaları prezident aparatına qədər uzanarsa, Fedorov kimi keçmiş yüksək vəzifəli şəxslər hakimiyyətə qarşı siyasi alternativ formalaşdırmağa başlayarsa və cəmiyyətdə seçki tələbi güclənərsə, Ukraynada müharibə fonunda ciddi daxili siyasi parçalanma yarana bilər.
Zelenski hakimiyyətinin daxilində çatlar artıq böhrana çevrilir? Fedorovun çıxışı gələcək prezident seçkilərinə hazırlığın ilk siqnalıdır? Korrupsiya araşdırmaları prezident komandasına qədər gedib çıxarsa, Zelenski siyasi məsuliyyətdən yayına biləcəkmi? Zelenskiyə qarşı daxildən yeni siyasi cəbhə formalaşır?
Zelenskiyə meydan oxudu - ŞOK DETALLARKONKRET.az xəbər verir ki, hərbi ekspert Səxavət Məmməd Musavat.com-a deyib ki, müharibənin ilk dövrlərində mövcud olan monolit idarəetmə komandası artıq çat verir:
"NABU və SAPO-nun Prezident Aparatının yüksək vəzifəli şəxslərinin də adının keçdiyi iddia edilən cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirməsi hakimiyyətin legitimliyinə böyük zərbə vurur. Əgər əvvəllər korrupsiya qalmaqalları icraçı strukturların aşağı eşelonlarında baş verirdisə, araşdırmaların bilavasitə prezidentin iş otağına qədər uzanması böhranı adilikdən çıxarıb dövlət səviyyəli reputasiya fəlakətinə çevirir. Bu mənzərədə Zelenski üçün siyasi məsuliyyətdən yayınmaq əvvəlki kimi asan olmayacaq. Bir tərəfdən, Qərb tərəfdaşlarının (ABŞ və Aİ) hərbi və maliyyə yardımları birbaşa şəffaflıq şərtinə bağlıdır. Diqqətçəkən digər məqam isə ictimaiyyətin dözümsüzlüyüdür: cəbhədə ağır döyüşlərin və səfərbərlik çətinliklərinin yaşandığı bir vaxtda arxa cəbhədəki korrupsiya iddiaları daxili narazılığı pik həddə çatdırır. Prezidentin yaxın çevrəsindən kimsəni "qurban verməklə" diqqəti yayındırmaq cəhdləri isə dərinləşən sistem böhranını dayandırmağa bəs etmir. Keçmiş müdafiə naziri Mixaylo Fedorovun kəskin bəyanatla çıxış etməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Zelenskinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan Fedorovun Ukraynada "sistemli idarəçilik böhranı"ndan danışması və müharibə şəraitində belə seçkilərin keçirilməsi üçün hüquqi-təhlükəsizlik mexanizmlərinin tapılmasına çağırış etməsi təsadüfi bəyanat effekti bağışlamır".
Hərbi ekspertin fikrincə, Fedorovun çıxışı faktiki olaraq gələcək prezident seçkilərinə hazırlığın ilk siqnalıdır:
"O, sadəcə idarəçiliyi tənqid etmədi. Zelenskinin "müharibə bitmədən seçki ola bilməz" düsturuna açıq bir alternativ platforma sürdü. Fedorovun çıxışından sonra ona dəstək aksiyalarının keçirilməsi arxasında artıq müəyyən bir ictimai və siyasi dəstək bazasının formalaşdığını göstərir. Artıq Ukrayna siyasi səhnəsində "müharibə bitəndən sonra nə olacaq?" sualından daha kəskin bir sual var: müharibə davam etdiyi halda Zelenskinin hakimiyyətinə alternativ siyasi xətt formalaşırmı? Cavab aydındır: bəli, daxili siyasi cəbhə artıq formalaşır. İndiyə qədər ənənəvi müxalifət daxili birliyi pozmamaq üçün ehtiyatlı davranırdısa, indi Zelenskinin öz komandasının daxilindən çıxan, texnokratiya və müdafiə sahəsində reputasiyası olan fiqurlar alternativ xətt kimi boy göstərir. Hazırda Kiyev ikiqat risklə üz-üzədir: bir tərəfdən cəbhədə işğalçıya qarşı ağır müharibə aparmaq, digər tərəfdən isə arxa cəbhədə alovlanan daxili siyasi mübarizəni idarə etmək. Daxildəki bu çatların tam miqyaslı siyasi böhrana çevrilməsi müharibənin gedişatına da birbaşa təsir etmək gücündədir. Ümumiyyətlə, iddialar var ki, Zelenski özünü və postunu qorumaq üçün müharibənin davam etməsində maraqlıdır. Təkcə Zelenskinin komandası ilə bağlı yox, onun özü və həyat yoldaşının da korrupsiyaya bulaşdığı barədə iddialar mövcuddur. Fedorov vəzifəsindən getməsi ilə bağlı verdiyi müsahibəsində açıq şəkildə qeyd etdi ki, o, müdafiə sənayesi şirkətlərinin Zelenskiyə şikayət edəcəyini və bu yöndə prezidenti xəbərdar edib. Ancaq Zelenski Fedorovu müdafiə sənayesi şirkətlərinə qurban verdi. Ukrayna müdafiə sənayesi şirkəti əsirinə çevrilib. Faktiki olaraq Ukrayna poliqondur. Əvvəl ABŞ, Qərb, NATO-nun Rusiyaya qarşı poliqonu idisə, indi bura müdafiə sənayesi şirkətlərini əlavə etməliyik. Artıq bir çoxları, Zelenskini qeyri-qanuni prezident sayır. Təkcə Rusiya yox, Qərbdə də bu fikirlər səslənir. Hazırda Zelenski bu mürəkkəb dövrdə prezidentdən daha çox poliqon rəisini xatırladır".

Siyasi       Tarix: 19 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026