Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?Rusiya prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəngində "niyə indi sualı" xüsusilə diqqət çəkir. Rusiya tərəfinin Düşənbə görüşündən sonra yüksək səviyyədə təmasları bərpa etmək niyyəti aydındır, lakin bu zəngin indi edilməsi Moskvanın məqsədinə dair müəyyən təxminlər yaradır.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib.
O, bildirib ki, birincisi, Əliyevin Qazaxıstan səfərindən qaynaqlanan amildir.
Prezident İlham Əliyevin Tokayevlə görüşündə AZAL təyyarəsinin vurulması ilə bağlı istintaqın da müzakirə edildiyi istisna edilməməlidir. Səfərdən sonra Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevin "təyyarənin qəzaya uğraması ilə bağlı istintaq yeni ildən sonra ictimaiyyətə açıqlana bilər" sözləri də bu ehtimalı gücləndirir. Düşənbə görüşündə Rusiya tərəfi Azərbaycanın tələblərini tam qəbul etsə də, Putin istintaqın nəticələrini izlədiklərini də bildirdi. Daha öncə Rusiyanın istintaqın gedişinə müdaxilə etməyə çalışdığını nəzərə alsaq, analoji halın baş verməyəcəyi zəmanəti yoxdur, bu baxımdan, Bakı Moskvanın vədini qəbul etsə belə, istintaqın ədalətli aparılması məsələsində Astana ilə təmasları da sıxlaşdırıb. Görünür, Moskvada Düşənbədə verilən vədlərə – kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılacağı məsələsinə sadiq olduqlarını Bakıya çatdırmaq zərurətini hiss ediblər. Liderlərin "Düşənbədə keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirəm etməsinə" bu kontekstdə baxa bilərik.
İkincisi, Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq ehtiyacı daha da aktuallaşıb;
Putinin Əliyevə zəngi Trampla baş tutmayan görüşü və ABŞ-ın Rusiyaya qarşı enerji sanksiyaları fonunda reallaşır. Bu situasiyada Rusiya bir tərəfdən Ukraynadakı müharibədə üstünlük qazanmaq uğrunda mübarizə aparmalı, digər tərəfdən, müxtəlif coğrafiyalarda, xüsusilə postsovet məkanında mövqelərini qorumalı olacaq. Cənubi Qafqaz ən önəməli region hesab oluna bilər.
– TRİPP layihəsi ilə Zəngəzur dəhlizinə nəzarət imkanı əldə edən ABŞ regionda praktiki üstünlük imkanı qazanıb;
– Rusiya bu reallıq çərçivəsində regioal kommunikasiyalarda yer almağı, xüsusilə Şimal-Cənubi nəqliyyat lahihəsinin Cənubi Qafqaz keçidinin perspektivlərinə yarana biləcək riskləri aradan qaldırmağı prioritet istiqamət kimi seçir;
Bu məsələləri Azərbaycanla müzakirə etmək və Bakı ilə münasibətlərin normallaşmasını inkişaf etdirmək zərurəti var.
Putinin zəngi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət ittihamı ilə açılan cinayət işi fonunda da qiymətləndirilə bilər. Bu müzakirələr Azərbaycan ictimaiyyətində onsuz da müsbət qarşılanmayan Rusiyaya qarşı əhval-ruhiyyəni ikiqat pisləşdirib. Putinin zəngində Mehdiyev məsələsi müzakirə mövzusu deyil, lakin Moskva Azərbaycanla ikitərəfli münasibətləri liderlər səviyyəsində gündəmə gətirməklə ictimai rəyə müsbət impulslar ötürmək gedişi edir.

Siyasi       Tarix: 24 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az xabarlar son.xeber xeberler bu gun