Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır
Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır.
Azxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu bazar ertəsi iqtisad elmləri doktoru, professor, Sankt-Peterburq Dövlət Universitetinin Diplomatiya Magistratura proqramının rəhbəri, "Valday" Beynəlxalq Diskussiya Klubunun üzvü Stanislav Tkaçenko Bakıda keçirilən "Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər" adlı beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.
"Zəngəzur dəhlizi yeni dəmir yolunun bərpasını və yaradılmasını tələb edir. Rusiya bu dəhlizdə maraqlıdır, hesab edirik ki, bu, tərəfdaşlarımızla etibarlı ticarət yoludur. Ermənistan siyasi zəiflik ucbatından siyasi elitanı və əhalini bu layihənin əhəmiyyəti barədə məlumatla təmin edə bilmir. Bu layihə dünyanın bir sıra ölkələrinə fayda verəcək", - o deyib.
Tkaçenko hesab edir ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri, eləcə də Zəngəzur dəhlizi məsələsi yalnız diplomatik yolla həll edilə bilər.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı