Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH

Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRHZəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH
Qarabağ münaqişəsi bitdikdən sonra bölgədə yaranmış yeni geosiyasi və iqtisadi reallıq regional əməkdaşlığın yeni fazaya keçməsini şərtləndirir.
İndi Azərbaycan Zəngəzur dəhlizini reallaşdırmaq üçün regional səylərin birləşdirilməsinə çalışır.
Zəngəzur dəhlizi vasitəsilə Ermənistanın Rusiya ilə quru əlaqəsi yaranacaq və bu, Azərbaycan üzərindən keçən dəmir yolu vasitəsilə reallaşacaq.
Eyni zamanda Ermənistanın qonşusu İranla dəmir yolu əlaqəsi yarana bilər – bu isə əlavə iqtisadi imkanlar yaradır.
İran da Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır, çünki sanksiyalar altında qalan bir ölkə yeni regional əməkdaşlıq platformasından özünə pay götürmək istəyir.
Azərbaycan, Türkiyə, Rusiya, İran postmüharibə dövrünün regional əməkdaşlığı məsələsində eyni mövqeni nümayiş etdirir.
Bir neçə il öncə Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi.
Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetindən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" konfransında deyib:
"Onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər", - deyə Prezident əlavə edib.
Ona görə də İran üçün də, Ermənistan üçün bir-birini bağlayan iqtisadi telləri gücləndirmək məhz Zəngəzur dəhlizi vasitəsilə mümkün ola bilər.
Maraqlıdır ki, regional əməkdaşlıqda Gürcüstan qeyri-müəyyən mövqedədir. Gürcüstan üçün bu məsələdə potensial qazanc hələ aydın deyil, ölkə hələlik Ermənistanla Rusiya arasında quru yolu keçidi olmaqdan faydalanır. İşğalda olan Abxaziya üzərindən Rusiya-Ermənistan dəmir yolu əlaqəsinin yaradılması isə etirazlar səbəbindən baş tutmayıb.
İndi Gürcüstan üçün alternativlər təqdim edilir, bu isə təbii ki, ölkənin tranzit gəlirlərini müsbətə doğru dəyişə bilər.
Lakin hələlik Gürcüstan ehtiyat edir, amma bunun aydın və konkret cizgiləri yoxdur.
Prezident İlham Əliyev Gürcüstanın yeni regional əməkdaşlıqda cari mövqeyi ilə bağlı bunları qeyd edib:
"Gürcüstanın ehtiyat etməsi ilə bağlı eşitmişəm, mən bu haqda heç nə söyləyə bilmərəm. Mən baş nazirlə danışmalıyam, onun mövqeyini dinləməliyəm. Lakin bizim üçün Gürcüstan təkcə strateji tərəfdaş deyil, həm də qardaş və çox yaxın ölkədir. Bu gün Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli rol oynayır. Beləliklə, hesab edirəm ki, əməkdaşlığın müvafiq formatını tapa bilərik, bizim niyyətimiz belədir".
Tbilisi Rusiya ilə dəmir yolu əlaqələrinin qurulmasını nəzərdən keçirə bilər, ancaq bunun mümkünlüyü sual altındadır. Gürcüstan Rusiya ilə Abxaziya vasitəsilə dəmir yolu bağlantısı qura bilər ki, bu da real deyil, çünki həmin ərazilərdə qondarma qurum yaradılıb və Gürcüstanın ərazi bütövlüyünə təhdiddir.
Bunu nəzərə alaraq, Gürcüstanın Cənubi Qafqazda yaranan geniş əməkdaşlıq formatında iştirakı ölkəyə ciddi dividend gətirə bilər.   
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 14 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu