Zəngəzur dəhlizində "Kalininqrad modeli" - Bu kimlərə və niyə lazımdır?
Zəngəzur dəhlizinin gələcək hüquqi və əməli çərçivəsi ilə bağlı müzakirələr davam edir. Maraqlıdır, Azərbaycan tərəfi Zəngəzur dəhlizi üçün "Kalininqrad modeli"nin tətbiqinə hazırdırmı? Bakı üçün qırmızı xətt nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Bakı üçün bu məsələdə aydın "qırmızı xəttlər" mövcuddur.
Ekspertin sözlərinə görə, Azərbaycanın əsas tələbi ölkənin suveren hüquqları və təhlükəsizlik təminatlarının tam qorunmasıdır. O, vurğulayıb ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesində Bakı malların Naxçıvana daşınması mərhələsinə qədər sərhəd-gömrük nəzarətinin tətbiqini zəruri hesab edir.
Ə.Əlibəyli qeyd edib ki, əgər daşınma üçüncü ölkələrə yönələcəksə, bu halda nəzarət Ermənistan və digər müvafiq dövlətlərə aid edilə bilər. Onun sözlərinə görə, müzakirə edilən "Kalininqrad modeli" Ermənistanın iddia etdiyi kimi onun suverenliyini pozmur və keçid mexanizmi hüquqi baxımdan fərqli şəkildə tənzimlənə bilər.
Siyasi şərhçi hesab edir ki, prosesin bütün mərhələlərində şəffaflıq və ədalət əsas amil olmalıdır:
"Azərbaycan üçün qırmızı xətt odur ki, keçiddə suveren hüquqların, gömrük və sərhəd nəzarətinin, eləcə də təhlükəsizlik təminatlarının zəifləməsinə yol verilməsin. Yolda nəzarətin, malların hərəkətinin və kommunikasiya prosesinin aydın və ədalətli şəkildə tənzimlənməsi mümkün olmalıdır."
Ekspertin fikrincə, məhz bu şərtlər daxilində Bakı Zəngəzur dəhlizinin açılması ilə bağlı istənilən modelin müzakirəsinə hazırdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib