Zəngəzur savaş meydanına çevrilir: İki böyük güc qarşı-qarşıya
Rusiya hərbçilərinin Ermənistan hava limanından uzaqlaşdırılması və bunun ardınca ABŞ-ın iki hərbi yük təyyarəsində gələn hərbçilərin Zəngəzurda yerləşməsi təsadüfi deyildi. Bu amil Amerikanın Zəngəzurla bağlı mövqeyinin ifadəsi idi. Eyni zamanda bu, Rusiyanın Cənubi Qafqazda və Ermənistandakı mövqeləri üçün də ciddi təhdiddir.
KONKRET.az xəbər verir ki,bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Rusiya bundan ciddi narahatlıq keçirir:
"Ona görə də, rəsmi Moskva Azərbaycanla bu istiqamətdə sıx təmaslar qurur. Çünki bu bölgədə mövcud olmaq üçün Azərbaycanın mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır. Bakı isə hələlik bu mövzulara aid neytral mövqe sərgiləyir. Hətta Azərbaycan Ermənistanla müzakirə edilən sülh sazişindən Zəngəzurla bağlı məsələni də çıxarıb".
Partiya sədri hesab edir ki, Azərbaycan Prezidentinin çevik və müdrik qərarları ölkəmizi bir çox qarşıdurmalardan sığortalamış oldu:
"Faktiki olaraq Zəngəzurda Rusiya ilə ABŞ arasında gizli, diplomatik savaş gedir. Bu savaşın açıq müstəviyə keçməsi zaman məsələsidir. Rusiya-Ukrayna arasında gedən müharibənin nəticələrindən çox şey asılıdır".
Fəzail Ağamalıya görə, hazırda Zəngəzur uğrunda ABŞ-la Rusiya arasında qarşıdurma getdikcə kəsinləşir:
"Kremlin asanlıqla bölgədən çıxmaq niyyəti yoxdur. Amerikanın da bölgəyə gəlişi problemlidir. Çünki Ermənistanda Rusiya ən müxtəlif situasiyalar yarada bilər. Bütün bunların fonunda Azərbaycan dövlətinin apardığı siyasət balanslıdır"./Teleqraf.com-

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb