Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
Dəmir yumruğun Ermənistan siyasi elitasına etdikləri sadəcə təəccüblüdür. 90-cı illərdə Ermənistan nümayəndələrinin müzakirə olunan istənilən sənəddə ərazi bütövlüyü prinsipindən bəhs edilməsinin qarşısını necə aldığını xatırlayıram.
KONKRET.az Axar.az-a istinadla xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
"Ən xarakterik nümunə 1991-ci il Almatı bəyannaməsidir, onların prinsipləri parlament səviyyəsində bu günə qədər faktiki olaraq tanınmayıb. İndi isə Paşinyan və onun tərəfdarları hər fürsətdə bu beynəlxalq prinsipi və ən əsası, əvvəlki illərdə tanımadıqları Ermənistan SSR-in sərhədlərinin tanınmasına nail olmaq istəklərini önə çıxarmağa çalışır. Baş nazirin pencəyinin yaxasındakı Ermənistana aid olmayan Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan bunun göstəricisidir.
Və Estoniyanın mərhum prezidenti Arnold Rüütelin dediyi kimi, "Cənubi Qafqazın Miloşeviçləri" – iki cinayətkar, Köçəryan və Sərkisyan peyda olub. Əlbəttə ki, onlar güc balansını dəyişdirə və "Qarabağı qaytara" bilməyəcəklərini başa düşür və hətta bunu edəcəklərinə söz versələr belə, ağlı başında olan heç kim onlara inanmayacaq. Lakin "kuklaçılar"ın onlara verdiyi rola uyğun olaraq, Nyu Yorkun axmaq meri kimi siyasi leksikonda köhnə hekayələri saxlamağa çalışırlar. Açıq desək, Azərbaycanda bir çoxları rəqibinin səhv edib özünü ifşa edəcəyi anı səbirsizliklə gözləyir", – o bildirib.
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK