Zeytun belə yeyildikdə "zəhər"ə çevrilir

Zeytun belə yeyildikdə Zeytunun tərkibində insan orqanizmi üçün çoxlu faydalı maddələr var, lakin onun həddindən artıq istehlakı sağlamlığa ciddi ziyan vura bilər.
KONKRET.az medicina-ya istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, dietoloq Mixail Qinzburq "Sputnik"ə müsahibəsində deyib.
"Aralıq dənizi və Fransa mətbəxində yüksək qiymətləndirilən zeytun yağı bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Omeqa-9 doymamış yağ turşuları ilə zəngin olan bu yağı normada istehlak etsək, iltihablanma riskini və damar xəstəliklərinin yaranma riskini azaltmış olarıq", – deyə dietoloq bildirib.
Onun sözlərinə görə, bu meyvənin əsas faydası həm də tərkibində antioksidantların və müxtəlif mikro və makroelementlərin yüksək olmasındadır.
"Lakin zeytun adətən duzlanır və ya turşu halında istehlak edilir. Bu da zeytunu çox yüksək duz ehtiva edən məhsula çevirir. Belə qidanın həddindən artıq istehlakı damar divarlarına mənfi təsir göstərir və hipertoniyanın inkişafına səbəb olur.
Tədqiqatlar artıq duzun hardasa əlavə şəkər qədər təhlükəli olduğunu və erkən ölümə səbəb olduğunu göstərir", – deyə ekspert qeyd edib.
Qinzburq əlavə edib ki, optimal miqdar gündə 2-3 ədəddir:
"Eyni zamanda, əgər piylənmə əlamətləri varsa və ya hipertoniyadan əziyyət çəkirsizsə, zeytunu ümumiyyətlə qida rasionuna daxil etməməyiniz daha yaxşı olar".
Qeyd edək ki, bundan əvvəl sağlam qidalanma üzrə mütəxəssis Tatyana Meşçeryakova bildirmişdi ki, həddindən artıq duz istehlakı hipertoniyaya gətirib çıxarır. O, bunun həmçinin ödemə, çəki artımına səbəb olduğunu, böyrək funksiyasını, maddələr mübadiləsini pozduğunu diqqətə çatdırmışdı.

Sağlamlıq       Tarix: 27 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun axsam.az xeberler beynelxalq bank mezenne ən son xəbərlər bugün