Zob xəstəliyi olanların DİQQƏTİNƏ

Zob xəstəliyi olanların DİQQƏTİNƏSitrus meyvələrindən olan feyxoa ağacı hündürlüyü 6 metrə çatan həmişəyaşıl, alçaq gövdəli bitkidir. Mənfi 16 dərəcəyə qədər temperatura davam gətirir. Əkiləndən üç il sonra meyvə verməyə başlayan ağacın məhsulu çiçəkləmə dövründən dörd-beş ay sonra yetişir və yığılır.
Milli.Az Axar.az-a istinadən bildirir ki, Braziliya təbiətşünası Joao da Silva Feyxo ilk dəfə feyxoanı XIX əsrdə yetişdirib və meyvə adı onun şərəfinə verilib. Qərbi Paraqvay və cənubi Braziliyada təbii halda yetişir. Ölkəmizdə onu Lənkəran və Astara rayonlarında yetişdirirlər.
Feyxoanın insan sağlamlığı üçün çox faydası var, ondan dərman kimi də istifadə olunur. Feyxoanın tərkibində olan S vitamini soyuqdəymə zamanı və qrip epidemiyalarında əvəzolunmaz vasitədir. Onun tərkibində olan dəmir, selen, maqnezium maddələri orqanizmin bir sıra funksiyalarında müsbət rol oynayır.
Onun tərkibində suda həll olunan yod birləşmələrinin olması meyvəyə xüsusi özəllik verir. 1 kiloqram feyxoanın tərkibində 2 milliqramdan 10 milliqrama qədər yod var. Ona görə də yod çatışmazlığı xəstəliyindən əziyyət çəkənlər ondan istifadə etməlidirlər. Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.
Feyxoanın lətinin ağ olması meyvənin tam yetişmədiyini göstərir. Lətin tünd və ya açıq qəhvəyi rəngdə olması isə onun xarab olmasına işarədir.
Feyxoanın xüsusilə qabığında olan fenol birləşmələri antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliyinin profilaktikası üçün olduqca vacib olan maddələrdir. Soyuqdəymədən əziyyət çəkənlərə feyxoadan hazırlanmış çay içmək məsləhətdir. Feyxoa arterial təzyiqin tənzimlənməsinə və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa da kömək edir
Feyxoadan zəhərlənmə riski böyükdür. Tərkibində şəkərin miqdarı çox olduğuna görə diabet və piylənmədən əziyyət çəkənlərə feyxoa yemək məsləhət görülmür. Körpə uşaqlara da onun verilməsi düzgün deyil.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber az xeber cəbhədən son məlumatlar iqtisadiyyat xeberleri bugun