Zorlu: "Qarabağdakı mədənlərin Azərbaycan tərəfindən istifadəsi digər ölkələrin sektorlarına da təsir edəcək
Zorlu: "Qarabağdakı mədənlərin Azərbaycan tərəfindən istifadəsi digər ölkələrin sektorlarına da təsir edəcək"
Türkiyədə Bozok Universitetinin dekanı, "Haber Türk" saytının köşə yazarı, professor Kürşad Zorlu Qarabağda qızıl ehtiyatlarını Azərbaycanın istifadə etməsinin üstünlüyündən yazıb.
Onun sözlərinə görə, dünyada qızıl və mis qiymətlərindəki artım davam edərkən, bu mədənlərin Azərbaycan tərəfindən yenidən istifadəsi təkcə Azərbaycan iqtisadiyyatına deyil, onunla əlaqəli digər ölkələrin sektorlarına da təsir edəcək.
Zorlu qeyd edir ki, Qarabağdakı yalnız qızıl ehtiyatlarının təxmin edilən dəyərinin 8 milyard dollardan yüksək olduğu bildirilir:
"Bu səbəbdən Azərbaycanın təzminat tələbləri çox uyğundur. Həmin mədənlərdən 28 illik dövrdə haqsız olaraq əldə edilmiş gəlirlərin hesabı da açıqlanmalıdır.
Bu müddətdəki vacib prioritetlər ziyanın doğru/obyektiv qiymətləndirilməsi, şəffaf/təsirli xalq diplomatiyası və beynəlxalq təşkilatlar qarşısında qanuni təşəbbüslərin həyata keçirilməsidir". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına