Zukerberq 30 milyon istifadəçini tora saldı: "Instagram" hesabları təhlükədə
Zukerberq 30 milyon istifadəçini tora saldı: "Instagram" hesabları təhlükədə
"Threads" tətbiqinə qoşulan istifadəçilər öz profillərini ancaq "Instagram" sosial şəbəkəsində hesablarını sildikdən sonra ləğv edə bilərlər.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin saytında xəbər verilib.
"Siz istənilən vaxt "Threads" profilinizi deaktiv edə bilərsiniz, silmək üçün isə "Instagram" hesabınızı silməlisiniz", - deyə məlumatda vurğulanıb.
Həmçinin "Threads" tezliklə üçüncü tərəf xidmətləri ilə inteqrasiya edəcək. Bu, istifadəçilərə məzmuna baxmaq, həmçinin onunla paylaşmaq, insanlara abunə olmaq və digər xidmətlərin abunəçilərini cəlb etmək imkanı verəcək.
O da bildirilir ki, "Meta" "Threads" profil məlumatlarını toplayır, tətbiqdə və korporasiyanın digər məhsullarında bütün fəaliyyətini izləyir, həmçinin istifadəçinin əlaqə saxladığı, qarşılıqlı əlaqədə olduğu abunəçilər, istifadəçilər və icmalar haqqında məlumat toplayır.
Bundan əlavə, sosial şəbəkə istifadə olunan müxtəlif qurğulardan cihazların özləri və necə istifadə edildiyini öyrənir.
Qeyd edək ki, "Threads" iyulun 6-da istifadəyə verilib. "Meta"nın yaradıcısı Mark Zukerberq bildirib ki, yeni sosial şəbəkənin artıq 30 milyondan çox üzvü var.
Onu da bildirək ki, "Twitter" "Meta" korporasiyasını "Threads" sosial şəbəkəsini işə saldığı üçün məhkəməyə verə bilər.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR