1 nömrəli Xəstəxananın Poliklinika şöbəsində xidmət yenidən qurulub - FOTO
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəssisələrində xidmətin optimallaşdırılması və vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığını təmin etmək məqsədilə işlərə başlanılıb.
KONKRET.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bildirib ki, ilk olaraq 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsində tibbi xidmətin keyfiyyətinin artırılması, yaranan növbələrin aradan qaldırılması istiqamətində xidmət yenidən qurulub:
"Poliklinika şöbəsində pasiyentlərin məmnunluğunun artırılması məqsədilə xidmət 4 hissədə aparılır. Belə ki, burada dislokasiya dəyişdirilərək imtiyazlı, cərrahi, kardioloji və nevroloji, həmçinin digər ixtisas həkimlərinin fəaliyyət göstərdiyi hissələrə ayrılıb.
Artıq imtiyazlı xəstələrin (şəkərli diabet) digər vətəndaşlarla birlikdə növbə gözləməsinə ehtiyac yaranmır, onların endokrinoloji kabinetlərdə müayinələrdən keçərək rahat hərəkəti təmin olunub".
E.Azadxanov əlavə edib ki, həssas qruplardan olan vətəndaşlara, o cümlədən şəhid ailələri və qazilərə xüsusi ayrılmış hissədə Mərkəzin mütəxəssisi tərəfindən xidmət göstərilir:
"Nevroloji hissədə artıq yeni Elektromioqrafiya (EMQ) kabineti də qurulub. Bununla yanaşı, Elektroensefaloqrafiya (EEQ) xidməti də vətəndaşların ixtiyarındadır. Kardioloji hissədə isə Elektrokardioqrafiya (EKQ), Exokardioqrafiya (EXO), Tredmil testi və Holter kabinetlərində müayinələr aparılır.
Eyni zamanda Poliklinika şöbəsində vətəndaşların rahatlığı üçün yeni istiqamətləndirici lövhələr quraşdırılıb. Bununla da Poliklinika şöbəsində aparılan yeniliklər sayəsində əhaliyə göstərilən xidmətin səviyyəsi artırılıb".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var