1 saylı Bakı DOST Mərkəzi 110 minə yaxın vətəndaşa xidmət edib - FOTO
1 saylı Bakı DOST Mərkəzində xidmətlərin təşkili ilə bağlı hesabat xarakterli iclas keçirilib. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun rəhbərliyi ilə onlayn şəkildə baş tutan iclasda Agentliyin sədr müavinləri, departament və mərkəz rəhbərləri iştirak ediblər.
Mərkəzdən Milli.Az-a bildirilib ki, iclası giriş sözü ilə açan Fərid Məmmədov qeyd edib ki, hazırda Bakı şəhərinin rayonları üzrə 3 DOST mərkəzi fəaliyyət göstərir. DOST xidmətlərindən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 96%-dir. Həmçinin xidmətlərin daim inkişaf etdirilməsi istiqamətində işlər aparılmalıdır.
1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri Gündüz Mehdiyev mərkəzdə 132 növ xidmət göstərildiyini qeyd edib. Bu xidmətlərin 115-i əsas, 17-si isə yardımçı xidmətlərdir. Açıldığı vaxtdan bu günə qədər 110 min nəfərə yaxın vətəndaş mərkəzə müraciət edib. Müraciət edən vətəndaşların məmnunluq səviyyəsi 96%-dir.
Mərkəzin fəaliyyəti ilə bağlı hesabat dinlənildikdən sonra xidmətlərin keyfiyyətinin yüksəldilməsi və işin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar