100 yaşı illər əvvəl geridə qoyan bacılar uzunömürlü olmalarının sirrini açıqladılar - FOTO/VİDEO

100 yaşı illər əvvəl geridə qoyan bacılar uzunömürlü olmalarının sirrini açıqladılar - FOTO/VİDEO100 yaşı illər əvvəl geridə qoyan bacılar uzunömürlü olmalarının sirrini açıqladılar - FOTO/VİDEO
Amerikanın Kanzas ştatının Atvud şəhərindən 100 yaşını illər əvvəl geridə qoyan üç bacı uzunömürlülüyün ailə sirrini açaraq gələcək nəslə məsləhət veriblər.
Qeyd edək ki, bacıların ən böyüyü Culiya Kopriva 5 noyabr 1917-ci ildə anadan olub, 104 yaşındadır. Ortancıl bacı Lüsi Poçop 1919-cu il iyunun 11-də, kiçik bacı Frensis Kompus isə 1921-ci ildə noyabrın 11-də anadan olub.
Qadınlar kiçik bir şəhərdə ailə fermasında böyüdüklərini bildiriblər. Uşaqlıqda bacılar atalarına ev işlərində və məhsul yığımında kömək edirdi. Hər axşam ailə nahara toplaşır və günün təəssüratlarını bölüşürdü.
"Bizdə həmişə evdə hazırlanmış çörək, adi kartof, sous və ət olurdu. O sobalarla çörək bişirmək çətin idi, temperaturu tutdurmaq çətin idi. Yemək çox dadlı çıxmasa da, yenə də yeyirdik", - deyə Kopriva gülərək xatırlayıb.

Poçop 6-8 km uzaqlıqda yerləşən məktəbə piyada getmələrindən danışıb. Bundan başqa bəzən qum fırtınaları olduğunu deyib.
"Gündüz birdən-birə gecəyə çevrilirdi. Müəllimlər valideynlərimizə zəng edərək bizi məktəbdən götürməyi tapşırırdı. Anamız evə toz girməyin deyə qapı-pəncərələrin altına yaş parça qoyurdu".
Bacılar bu uzun illərin ən böyük kəşfinin paltaryuyan, qabyuyan, soyuducunun kəşfi olduğunu bildiriblər.
Söhbətin sonunda onlar uzunömürlülüyün əsas sirrini bölüşüblər. Qadınların sözlərinə görə,bu düzgün qidalanma, ibadət və xoşagəlməz vəziyyətlərə düşməməyə çalışmaqdı. Uzunömürlülər həmçinin sonrakı nəsillərə daha çox hərəkət etməyi, gəzməyi, imanı qorumaq və əcdadlara minnətdar olmağı tövsiyə ediblər.
100 yaşı illər əvvəl geridə qoyan bacılar uzunömürlü olmalarının sirrini açıqladılar - FOTO/VİDEO100 yaşı illər əvvəl geridə qoyan bacılar uzunömürlü olmalarının sirrini açıqladılar - FOTO/VİDEO100 yaşı illər əvvəl geridə qoyan bacılar uzunömürlü olmalarının sirrini açıqladılar - FOTO/VİDEO100 yaşı illər əvvəl geridə qoyan bacılar uzunömürlü olmalarının sirrini açıqladılar - FOTO/VİDEOMənbə: ksn.com

Maraqlı       Tarix: 04 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat ən son xəbər