11 uşaq anası ailəsinə hazırladığı şam yeməyini nümayiş etdi və tənqid olundu - FOTO/VİDEO
11 uşaq anası ailəsinə hazırladığı şam yeməyini nümayiş etdi və tənqid olundu - FOTO/VİDEO
ABŞ-da məşhur "TikTok" bloqeri və 11 uşaq anası Vernonika Meritt ailəsi üçün şam yeməyinin görüntülərini paylaşıb. Lakin video bir çox istifadəçilərin narazılığına səbəb olub.
Şam yeməyi ətsiz və soussuz makaron, dondurulmuş tərəvəzlər və sarımsaqlı çörəkdən ibarət olub.
Video az müddətdə milyonlarla baxış toplayıb.
Ancaq bir çoxları qadının şam yeməyi seçiminə görə tənqid edib.
"Zülal yoxdu, ancaq karbohidrat", "Ət hanı bəs?", "Uşaqlara yazığım gəlir", "Yemək iyrənc və zərərli görünür", - deyə onlar bildiriblər.
Başqa istifadəçilər isə yemək porsiyalarının çox az olmasından narazı olublar.
Meritt bəzi neqativ şərhlərə cavab verməli olub. Bloqerin sözlərinə görə, həmin gün uşaqlar artıq zülalla zəngin yemək yemişdilər, ona görə şam yeməyi karbohidratlardan təşkil olunub. Bəzi porsiyaların kiçik olmasını isə qadın uşaqlardan bəzilərinin yaşlarının 6-dan az olması ilə izah edib.
"Mənə yemək bişirməyi bacarmadığımı deməmişdən əvvəl xahiş edirəm digər videolarıma baxın", - deyə bloqer tənqidçilərə müraciət edib.






Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR