150 illik tarixi bulaq bir gecədə oğurlandı - VİDEO
150 illik tarixi bulaq bir gecədə oğurlandı - VİDEO
Türkiyənin Trabzon şəhərində baş verən qeyri-adi hadisə hər kəsi heyrətə gətirib. Belə ki, 150 illik tarixi bulaq bir gecənin içində oğurlanıb. Bu barədə "Hürriyet" xəbər yayıb.
Bildirilir ki, hadisə Vakfikebir rayonunun Güneyköy məhəlləsində qeydə alınıb. Kənd muxtarı Suvari Şərəf Vakfikebir - Tonya yolu üzərində ağaclıq ərazidə olan bulağın yerində olmadığını görərək şoka düşüb və dərhal bu barədə jandarmaya məlumat verib.
Hadisə ilə bağlı dərhal təhqiqatlara başlayan jandarma ərazidəki müşahidə kameralarından görüntüləri izləyib. Sonra isə tarixi əsərin qaçaqmalçılığını həyata keçirən şübhəlilərlə bağlı əməliyyata başlayıb. Nəticədə üç nəfər saxlanılıb. Onlarla bağlı istintaq başlanılıb.
Qeyd edilir ki, bulaq 1904-1909-cu illərdə bələdiyyə sədri olan Hacı Memiş tərəfindən 1870-ci ildə xeyriyyə məqsədi ilə tikilib.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb