2019-cu ilin ən gözlənilməz kəşfləri

2019-cu ilin ən gözlənilməz kəşfləri 2019-cu ilin ən gözlənilməz kəşfləri
Tarix boyu bir çox böyük ixtiralar təsadüf nəticəsində edilib. Yola saldığımız 2019-cu il də kəşflərlə zəngin olub. Beləliklə, bu il tibb sahəsində edilən bəzi ən gözlənilməz kəşfləri təqdim edirik.
Sürprizli siçan
2019-cu ilin ən gözlənilməz kəşfləri Oktyabr ayında amerikalı alimlər tamamilə təsadüfən rotavirusa (bağırsaq infeksiyası – red.) qarşı davamlı olan siçan yaratdıqlarını bildiriblər. Məlum olub ki, infeksiya ilə bağırsaq sakinləri -  sapşəkilli seqmentli bakteriyalar mübarizə aparıblar.
Hər şey isə məməlilərin rotavirusa həssaslığını araşdıran Corcia Dövlət Universitetinin immunoloqlarının qənaət etmək üçün  immun çatışmazlığı olan laboratoriya siçanlarını kənardan almayaraq özlərinin yaratmağa qərar verməsi ilə başlayıb. Virusun orqanizmdə yayılması mexanizmini daha yaxşı anlamaq üçün gəmiricilər böyüdükdə, onların hamısını rotavirus infeksiyasına yoluxdurublar. Lakin alimlər sürprizlə qarşılaşıblar, belə ki, heç bir siçan xəstələnməyib.
Daha sonra eksperiment laboratoriya heyvanlarının yetişdirilməsində ixtisaslaşan kommersiya şirkətindən alınmış gəmiricilər üzərində təkrarlanıb. Alınan bütün siçanlar immun çatışmazlığından əziyyət çəkib və yoluxduqdan dərhal sonra rotavirus infeksiyasının əsas simptomları — qusma və ishal müşahidə olunub.  Yalnız universitet siçanlarının mikrobiotası nəql edilən heyvanlar xəstələnməyiblər.
Növbəti tədqiqatlar göstərib ki, virusdan bağırsaqlarda yaşayan xüsusi sapvari seqmentli bakteriyalar müdafiə edib. Bədənə daxil olduqda, bu bakteriyalar bir tərəfdən onun genlərinin təsirini dəyişdiriblər və epitel hüceyrələrinin dəyişdirilməsini sürətləndiriblər, digər tərəfdən rotavirusun özünün fəaliyyətinə mane olublar. Universitet siçanları bu bakteriyalara tədqiqat aparılan laboratoriyanın çox da steril olmadığı üçün yoluxmuşdular.
Ürəyi müalicə edirdilər, xərçəngdən sağaltdılar
2019-cu ilin ən gözlənilməz kəşfləri Uabainin - ürək çatışmazlığı və titrəyən aritmiyanın müalicəsi üçün olan dərmanların tərkibinə daxil olan maddə - qəbulundan sonra yaranan yan təsirləri tədqiq edən britaniyalı və alman mütəxəssislər onun xərçəng hüceyrələrini məhv etməyə qadir olduğunu müəyyən ediblər.  Bundan əlavə, bu birləşmə orqanizmi qoca, eləcə də radio və kimya terapiyasına məruz qalmış hüceyrələrdən təmizləyir.
Alimlər uabainin təsirini siçanların normal və yaşlı hüceyrələri üzərində yoxlayıblar. Birinci halda ciddi heç nə müşahidə olunmasa da, ikinci halda dərman qoca, hətta qaraciyərin xərçəngə meylli və şüa terapiyasına məruz qalmış hüceyrələrini tamamilə məhv edib. Uabainin bu gün istifadə olunan oxşar təsirə malik preparatlardan, məsələn, navitoklaksdan əsas fərqi də məhz bundadır. Məlumdur ki, o, yalnız leykemiya və lenfoma xəstələrində xərçəng hüceyrələrini deyil, qandakı trombosit və makrofaqları da öldürür.
Tədqiqatın müəlliflərinin sözlərinə görə, uabain tərkibli dərmanlar artıq klinik praktikada insanlar üzərində sınaqdan çıxarılır. Əgər xərçəng əleyhinə təsiri təsdiqlənərsə, onlar onkoterapiya üçün yaxın zamanlarda qeydiyyatdan keçiriləcəklər.
Artıq çəki əleyhinə həblər
2019-cu ilin ən gözlənilməz kəşfləri Diabet üçün dərmanlar hazırlayan beynəlxalq alimlər qrupu, onların aktiv maddəsi olan metforminin gözlənilməz yan təsirə malik olduğunu aşkar ediblər. Təcrübələrdə iştirak edən xəstələr iştahını itirir və tədricən arıqlayıblar.
Təcrübə sağlam könüllülər üzərində keçirilib. Tədqiqat iştirakçıları üç həftə ərzində orta hesabla çəkilərinin 3,5 faizini itiriblər. Eyni zamanda, mərkəzi sinir sistemində reseptorlarla əlaqə qurmağa və bununla da iştaha təsir etməyə qadir olan "GDF15"in artım faktorunun qanda miqdarı çoxalıb.
Təcrübə zamanı yüksək yağlı pəhrizdə oturan və metformin qəbul edən laboratoriya siçanları da xeyli çəki itiriblər. "GDF15" geni söndürüldükdə və ya onun GFRAL  reseptoru bloklananda çəkinin azalması dayanıb. Lakin dərman özünün əsas vəzifəsinin - qanda şəkərin səviyyəsinin azaldılması- öhdəsindən gəlməyə davam edib.
Tədqiqatçılar hesab edirlər ki, "GDF15" bağırsaq epitelisi və ya bağırsaq mikrobiotunun metabolizminin tənzimlənməsində rol oynayır. Perspektivdə dərman  çəkinin azaldılmasında və piylənmə ilə mübarizədə istifadə edilə bilər.

Maraqlı       Tarix: 31 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal xeber ən son xeberler cəbhədən görüntülər cəbhədən son məlumatlar