"2022-ci il sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradacaq" - Vüqar Bayramov

"İşğaldan azad olunmuş ərazilərimizə investisiyaların cəlb edilməsi prioritet məsələlərdən hesab olunur".
Bunu KONKRET.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, həmin ərazilərimizdə həm yerli, həm də xarici investisiyaların cəlb edilməsi əsas hədəflərdəndir: "Nəzərə alsaq ki, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın formalaşması və Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından xüsusi konsepsiya hazırlanır. Həmin konsepsiyada yerli və xarici biznes üçün güzəştlərin, o cümlədən təşviqedici vergi güzəştlərinin tədqiq edilməsi nəzərdə tutulur. Artıq işğaldan azad olunmuş ərazilərimizdə sənaye parklarının yaradılması istiqamətində işlər intensiv şəkildə reallaşır. Bu da sahibkarlar üçün yeni investisiya imkanları və dövlət tərəfindən birmənalı şəkildə güzəştlərin tədqiq edilməsi anlamına gəlir. Bu istiqamətdə də fəaliyyətlər güclənib".
Vüqar Bayramovun sözlərinə görə, bütövlükdə son illər sahibkarların dəstəklənməsi prioritet məsələrdəndir:
"Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizdə formalaşıcı iqtisadiyyatdan yerli sahibkarların daha yaxından dəstəklənməsi də əsas istiqamətlərdəndir. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizin illik olaraq təxminən 5 milyard manata yaxın dəyər yaratmaq potensialı var. Bu, Azərbaycan iqtisadiyyatının təxminən 10 faizinə yaxını deməkdir. Ona görə də, böyük potensial var və həmin potensialın reallaşması da birbaşa sahibkarların həmin ərazilərimizdə iqtisadiyyatın qurulmasında iştirakından asılıdır. O baxımdan həm  bütövlükdə ölkədə həyata keçirilən sahibkarların inkişafı ilə bağlı siyasət, o cümlədən yeni vergi güzəştinin tədqiq edilməsi, sahibkarların maliyyə resurslarından çıxış imkanının artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə bu prosesin daha intensiv şəkildə həyata keçirilməsi növbəti dövrdə, o cümlədən 2022-ci ildə sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradacaq". Demokrat.az

Sosial       Tarix: 31 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun xəbər.az sonxeber ən son xəbər