24 seçki dairəsində 50-yə yaxın məntəqənin hüdudları dəyişəcək
Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə start verilməzdən də bir az öncə respublika üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsinə başlayıb.
KONKRET.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, bəzi dairələrin məntəqələrinin hüdudlarında dəyişiklik etməyə əsaslar yaranıb: "Bir sıra məntəqələrlə bağlı müəyyən tədbirlərin görülməsinə ehtiyac yaranıb. 1 saylı Şərur-Sədərək, 32 saylı Suraxanı 2-ci, 67 saylı Sabirabad, 71 saylı Cəlilabad şəhər və digər seçki dairələri üzrə bu kimi tədbirlər görülməsinə ehtiyac yaranıb. Ümumilikdə 24 dairədə 50-yə yaxın məntəqədə müvafiq tədbirlərin görülməsinə ehtiyac var. Bunun yaranmasına rəvac verən əsas məqam ölkə üzrə həyata keçirilən monitorinqlərdir. Bu, seçicilərin rahatlığı üçündür. Respublikanın müxtəlif bölgələrini əhatə edən dairələrdə məntəqələrlə bağlı iş aparılmasına ehtiyac yaranacaq".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib