27 yaşlı oğlan anasının adına açdığı hesabla qumar oynadı
Zaqatala rayonunda qumar oyunlarında iştirak edən 27 yaşlı oğlan inzibati məsuliyyətə cəlb olunub.
KONKRET.az xəbər verir ki, Zaqatala rayon sakini, 1999-cu il təvəllüdlü Telman Vəliyev (ad-soyad şərti verilib – red.) "Mostbet" oyununda özünə və anasına məxsus telefon nömrələri ilə qeydiyyatdan keçib.
O, yaratdığı profillərdən qumar oynayıb, qazandığı qanunsuz pulları isə mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi "M10" tətbiqindən və özünə məxsus bank kartından çıxarıb.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Müəyyən edilib ki, o, "Mostbet" saytında hesabdan 100 manat qazanc çıxarıb.
Araşdırmalar zamanı məlum olub ki, o, daha əvvəldə bu yolla 15 min manat qazanc əldə edib.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat cərimə edilib. Onun qazanc kimi əldə etdiyi 100 manat isə müsadirə edilib.
Protokolda qeyd olunan 15 min manat qazanc isə sübuta yetirilməyib.
(teleqraf)
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib