3 dövlət qurumu sahibkarlara çağırış etdi

3 dövlət qurumu sahibkarlara çağırış etdiEkologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara çağırış edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda dünyada baş verən qlobal iqlim dəyişmələri fonunda yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və s. səbəblər bitkilərin vegetativ inkişafına mənfi təsir etməklə yanaşı, qeyri-əlverişli təbii amillərə daha çox davamlılıq qazanmış zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılma arealının və zərərvurma müddətinin uzanmasına və beləliklə də daha çox itkiyə səbəb olur.
Bununla əlaqədar olaraq respublika ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün kənd təsərrüfatı sahələri, meşə fondu və digər yaşıllıq zonalarında bitki mühafizə tədbirləri də daxil olmaqla kompleks tədbirlərin təşkili məsələlərinin müzakirəsi, zərərli orqanizmlərin ölkədəki təbii bitki örtüyünə və mədəni əkinlərə vurduğu ziyanın və gələcəkdə bu səbəbdən yarana biləcək fitosanitar təhlükənin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi rəhbərlərinin və ekspertlərin iştirakı ilə videoformatda görüş keçirilib.
Görüşdə son illər ölkəyə idxal olunan bir sıra əkin materiallarının (xüsusilə də dekorativ bitkilərin) yerli torpaq-iqlim şəraitinə uyğunlaşmaması, xəstəlik və zərərvericilərə qarşı həssaslığı, quraqlığa qarşı davamsız olması və s. səbəblərdən salınmış yaşıllıqların quruması hallarının qeydə alındığı və vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, zərərli orqanizmlərin sürətlə artması və yayılması nəticəsində bitki örtüyünə, əsasən də meşələrə çox ciddi zərər dəyə biləcəyi vurğulanıb. Həmçinin bitkilərin zərərli orqanizmlərdən mühafizəsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinin zəruriliyi, idxal olunan bitkiçilik, xüsusən əkin materiallarında zərərsizləşdirmə tədbirlərinin gücləndirilməsi, sahələrdə bitki mübarizə tədbirlərinin görülməsi məqsədilə birgə fəaliyyətin təşkili və monitorinqlərin keçirilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, sahibkarlar tərəfindən Azərbaycana gətirilən əkin materialları reyestrdə qeydiyyatda olmalı, rayonlaşdırıldığı ərazilərdə mütəxəssis nəzarəti altında əkilməli və düzgün aqrotexniki qulluq işləri təmin edilməlidir.
Sonda ETSN, KTN, AQTA və AMEA-nın mütəxəssislərindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. Eyni zamanda bitkiçilik məhsullarının idxalı, ixracı, daşınması, yetişdirilməsi və saxlanması ilə məşğul olan bütün sahibkarlıq subyektlərinə müraciət olunaraq, onlar zərərvericilərlə mübarizə tədbirlərini daha effektiv üsullarla həyata keçirməyə çağırılıb və bu işdə onlara mütəmadi olaraq peşəkar mütəxəssislər tərəfindən zəruri metodiki köməkliyin göstəriləcəyi bildirilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 09 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri krminal bu gun son xeber.az xeber.az