"300 min azərbaycanlı Ermənistana gələcək, Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək" - Oskanyan

Uzun illər Ermənistanın xarici siyasət idarəsinə rəhbərlik edən, bir çox danışıqlarda küncə sıxışdırlıan Vardan Oskanyan vaxtaşırı yerli mətbuata müsahibələr verir. Son vaxtlar daha da fəallaşan keçmiş xarici işlər naziri 2008-ci ilədək aparılan danışıqlardan bəhs edib və bildirib ki, Qarabağa nəzarətin itirilməsi hər hansı planın tərkib hissəsi deyildi.
KONKRET.az xəbər verir ki, Oskanyanın sözlərinə görə, hazırkı dönəmdə qarşılaşdıqları təhlükə daha ciddidir:
"Zaman sürətlə keçir, nəsillər dəyişir və biz haradan-haraya gəldiyimizin fərqində deyilik. 2008-ci ilə qədər mənim nazirliyimin 10 ili Ermənistanın yüksəliş illəri olub. Bunu heç kim inkar edə bilməz. Qarabağ bizim nəzarətimizdə, Ermənistanın sərhədləri toxunulmaz və Meğri ilə bağlı problem yox idi. Bizim həm Şərqdə, həm də Qərbdə etibarlı müttəfiqlərimiz vardı. Biz Rusiya ilə etibarlı müttəfiq olduq, Gürcüstanla əlaqələrimizi dərinləşdirdik, İranla qaz kəməri yaratdıq, ABŞ-la Minilliyin Çağırışları Korporasiyası proqramını həyata keçirdik. Eyni zamanda Türkiyə ilə dialoq, Azərbaycanla dinamik danışıqlar prosesi apardıq. Avropa Şurasının üzvü olduq, ikirəqəmli iqtisadi artım, əhəmiyyətli xarici investisiyalar əldə etdik.
İndi minlərlə qurban verərək rüsvayçı məğlubiyyətə uğramışıq, etibarlı müttəfiqimiz yoxdur, xarici siyasət sahəsində heç kim Ermənistanı ciddi qəbul etmir, bizim xarici sərmayəmiz yoxdur. Ermənistan cəmiyyəti də heç vaxt bu qədər parçalanmamışdı. Bu gün Ermənistan hazırkı  hakimiyyətin səriştəsizliyi ucbatından təhlükələrlə üz-üzədir. Azərbaycanın tələbi ilə Konstitusiya dəyişəcək, biz artıq Qarabağdan birdəfəlik əl çəkmişik. Ermənistana 300 min azərbaycanlı gələcək, ən təhlükəlisi isə Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək", – Oskanyan vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 10 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler cəbhədən ən son xəbər xəbər az krimnal bugun