35 minə yaxın işsiz vətəndaşa birdəfəlik ödəmə köçürülüb
"Artıq 35 min işsiz üçün ödəmə poçt şöbələrinə və bank filiallarına köçürülüb".
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 15 min şəxsə birdəfəlik ödəmə vəsaitinin ödənişini həyata keçirdi. Ödəmə vəsaitləri bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Həmin şəxslərin müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də "Azərpoçt" MMC qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edir. Aprelin 9-10-da da hər gün 10 min nəfərə birdəfəlik ödəmə vəsaiti poçt şöbələrinə və bank filiallarına köçürülüb. Ümumilikdə indiyədək artıq 35 min işsiz şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib və qeydiyyata alınan digər işsiz şəxslərə ödəmələrin verilməsi də təmin olunacaq", - deyə o bildirib.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar