42 dəfə kimyaterapiya alan Tünzalə: "Ümidim Allahadır

42 dəfə kimyaterapiya alan Tünzalə: "Müalicələrim davam edir. Dünən yenə Milli Onkologiya Mərkəzində kimyaterapiya aldım. Ümidim Allahadır. Görək necə olacaq?"
azxeber.com xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində "Toppuş bacı" ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva söyləyib.  
Uzun müddətdir xərçəngdən əziyyət çəkən sənətçi xəstələyinin daxili orqanlarına yayıldığını açıqlayıb.
"42 dəfə kimyaterapiya və 40 dəfə şüa almışam. Bu vəziyyətimə də min şükür. Göydə Allahımdan, yerdə də həkimlərimdən çox razıyam. Xəstəliyim ağciyər, qaraciyər və sümüyümə qədər yayılıb. Tibb nəyə qadirdirsə, onu da həkimlər mənə edirlər. Kimyaterapiyanın özü və xərçəngin dərmanları çox bahalıdır. Xəstəxana məndən bir qəpik də olsun pul almır, hər şeyi təmənnasız edirlər".
"Canı ilə əlləşən" Tünzalə xəstəliyini qızı Zəhradan gizlətdiyini bildirib.
"Aldığım kimyaterapiya və şüalara görə saçlarım tökülüb. Qızıma öz xəstəliyim haqda bir kəlimə də olsun demirəm. Vəziyyətimi yansıltmıram. Soruşanda da, deyirəm ki, vitamin çatışmazlığım var. Ona görə də saçlarım tökülür".

Şou Biznes       Tarix: 22 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler apa.az xeberler bugünkü son xəbərlər maşın realiti şou