5 limitlə işləriniz dayanmasın
Birbank-ın Sahibkar və Biznes kartları ilə ödənişləri limitsiz qəbul edin
Ölkədə etibarlı və təhlükəsiz rəqəmsal ödənişlərin təmin olunması məqsədilə kartlara mədaxil əməliyyatları üzrə limitlər tətbiq edilir. Məlum olduğu kimi yeni qaydaya əsasən 1 bank kartı üzrə gün ərzində 5 dəfə, ayda isə maksimum 20 000 manat vəsaitin qəbulu nəzərdə tutulur. Birbank-ın Sahibkar və Biznes kartları isə bu limitlərdən istisnadır. Yəni, sahibkarlar gün ərzində istədikləri sayda, ay ərzində istədikləri məbləğdə vəsaiti heç bir məhdudiyyət olmadan, rahatlıqla qəbul edə bilərlər.
Beləliklə, sahibkarlar biznes və şəxsi vəsaitlərini ayrı saxlayaraq maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz formada idarə edə bilərlər. Bununla yanaşı kart sahibləri, Visa-nın sahibkarlar üçün təqdim etdiyi bir çox üstünlükdən də yararlana bilərlər. Bura hotel və avtomobil icarəsi xidmətlərində xüsusi endirimlər, xarici ölkədə 24/7 tibbi və hüquqi dəstək, eləcə də müxtəlif biznes alətlərindən güzəştli şərtlərlə istifadə imkanı daxildir. "Google Ads", "Meta Ads", "LinkedIn Ads", "Microsoft 365" və "Google Workspace" kimi platformalarda təqdim olunan güzəştlər də sahibkarlara gündəlik rəqəmsal xərclərini azaltmağa kömək edir.
Kartları Apple Pay və Google Pay-ə əlavə edərək gündəlik ödənişlərdə də istifadə etmək olar. Bu üsulla ödəniş etdikdə Bir ekosisteminin restoran, kafe, sağlamlıq mərkəzləri və alış-veriş üzrə tərəfdaş şəbəkələrində müxtəlif endirimlərdən yararlanmaq mümkündür.
Kartı Birbank Biznes mobil tətbiqindən sifariş etmək isə cəmi bir neçə saniyə vaxt alır.
Sürətli, limitsiz, təhlükəsiz köçürmələr üçün Birbank Biznes tətbiqini yükləyin:
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı