60 ilin dostunu itirən Şeyx Əbdül kinematoqrafçıların təşkilatlanmasına münasibət bildirdi

60 ilin dostunu itirən Şeyx Əbdül kinematoqrafçıların təşkilatlanmasına münasibət bildirdi60 ilin dostunu itirən Şeyx Əbdül kinematoqrafçıların təşkilatlanmasına münasibət bildirdi
"Kinonun mənə ehtiyacı var".
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.
Xatırladaq ki, may ayının 30-da Əməkdar artist Elxan Qasımovun vida mərasimində, Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) səhhəti ilə əlaqədar Masallıda yaşadığını dilə gətirib. Dostunun ani ölüm xəbəri üçün Bakıya gəldiyini söyləyib.
Onun sözlərinə görə, hazırda sağlamlıq durumunda irəliləyiş var:
"Səhhətimdə problem var idi. Bir qədər şəhər həyatı da məni boğurdu. İki dəfə koronavirusa yoluxmuşdum. Həkimlərin sayəsində vəziyyətdən çıxdım. Qocalıq faktoru da öz sözünü deyir. Bununla yanaşı fikir də çox çəkirəm. Mənim atamdan, anamdan, genetik doğmalarımdan sonra ən böyük itkilərimdən biri Elxan Qasımov oldu. 1961-ci ildən ailəvi olaraq dostluq etmişik. Elxanın itkisi ilə barışa, təsəlli tapa bilmirəm. Allah heç kəsi dost itkisi ilə sınağa çəkməsin".
Ə.Mahmudov yeni layihələr üzərində çalışdığını söyləyib:
"Artıq fəaliyyətə yenidən başlamışam. Aktiv surətdə çəkilişlərimi edirəm. Yeni layihələrim var. Kinonun yubileyi ilə bağlı da yeni layihə üzərində işləyirəm. Problemlərim məni yolumdan döndərə bilmədi. Gördüm ki, kinonun mənə ehtiyacı var. İnanıram ki, tez bir zamanda klassik kinomuzu bərpa edəcəyik".
Xalq artisti ötən gün verilən qərara da münasibət bildirib:
"Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib. Hər iki təşkilatın, şükürlər olsun ki, birləşdirilməsi haqqında qərar qəbul edildi. Artıq Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılacaq".
Qeyd edək ki, Əbdül Mahmudov Azərbaycan SSR Dövlət mükafatına 1986-cı il 26 aprel tarixində ("Atları yəhərləyin" bədii filminin rejissorluğuna görə) layiq görülüb. 2008-ci il 1 avqustda "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 2018-ci il 1 avqustda "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına layiq görülüb. 2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı ilə təltif olunub. 2021-ci il 7 may Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Nəzrin Vahid

Maraqlı       Tarix: 29 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeber 2026 son xeberler azerbaycan xeber.az son xeberler