60 yaşlı qadın "Miss Argentina" müsabiqəsində iştirak edəcək - FOTO
60 yaşlı qadın "Miss Argentina" müsabiqəsində iştirak edəcək - FOTO
Argentinada 60 yaşlı qadın gənc görünüşü sayəsində milli gözəllik müsabiqəsində iştirak edəcək.
60 yaşlı hüquqşünas və jurnalist Alehandra Marisa Rodriges bu yaxınlarda "Miss Buenos Ayres" müsabiqəsinin qalibi olub və indi "Miss Argentina"da iştirak edəcək. Görünüşü ilə münsiflər heyətini təəccübləndirən qadın minlərlə gənc iştirakçını üstələyib.
"Miss Buenos Aires 2024" titulunu qazandığım üçün çox xoşbəxtəm və bununla fəxr edirəm. Mən bütün qadınlara göstərmək istəyirəm ki, gözəlliyin yaşı yoxdur və biz maneələri dəf edə bilərik", - Alehandra şərh edib.
Görünüşündən və 60 yaşında necə gözəl görünməyi bacardığından danışan Rodriges həftədə üç dəfə məşq etdiyini, qida rejimində aralıqlı aclıqdan istifadə etdiyini və sağlam qidalanmağa çalışdığını, həmçinin dəri üçün yaxşı kremlərdən istifadə etdiyini bildirib. Bundan əlavə, qadın boşandığını və evli olmadığını bildirib.
"Gözəlliyin vaxtı yoxdur, gözəl olmaq üçün sadəcə özünə güvənmək və real olmaq lazımdır", - Rodriges qeyd edib.


Mənbə: Oddity Central / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR