6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub - Nazirlik

6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub - Nazirlikİqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi tələblərinə əməl edilməsinə nəzarət tədbirləri davam etdirir.
Milli.Az Trend-ə istinadən bildirir ki, iyulun 8-də keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda "Vimay-Med" Tibb Mərkəzində, Rəşad Nağıyevə məxsus "Toyuq mağazası"nda, Bəhruz Cəfərzadəyə məxsus ərzaq mağazasında, Vaqif Qocayevə məxsus çörək sexində, "Azəri Med" MMC-yə məxsus "Aptek"də, Nərimanov rayonunda "İnci elektrik", "Okoban evi tikinti materialları", "Termo ağlay" mağazalarında, "Gənclik market"də, "Kafe şüa"da, Əliəkbər Mirzəyevə məxsus "Bizim bazar"da, Səbail rayonunda "Az Granata" mağazasında, Bəsti Əliyevaya məxsus qarışıq mallar mağazasında, Elgün Dadaşova məxsus "Dönərxana"da, Elman Cəbrayılova məxsus "Çay evi"ndə, Suraxanı rayonunda "Halal market"də, "Elşən market"də, "24 saat market"də, "Aqil market"də, "Tatlı şirniyyat mağazası"ında, "Buta aptek"də, Sabunçu rayonunda "Buta market"də, "Al market"də, "Oba market"də, "Petektaş tikinti malları mağazası"nda, Saleh Əmrahzadəyə məxsus "1001 xırdavat" mağazasında, Xətai rayonunda "Era market"də, "Zeytun aptek"də, "Amal" firmasına məxsus süd məhsulları sexində, Tahir Abbasova və Pəri Hüseynovaya məxsus ərzaq mağazalarında, Qaradağ rayonunda "Uğur market"də, Sona Əliyevaya və Rövşən Xankişiyevə məxsus ərzaq mağazalarında, Nizami rayonunda "Tural market"də, "Naxçıvan lavaşı sexi"ndə, Anaxanım Məmmədovaya məxsus ərzaq dükanında, Elxan Nəbiyevə məxsus "Oboy mağazası"nda, Yasamal rayonunda "Roseland gül mağazası"nda, "Böyük Fırat restoranı"nda, "№1 Şaurma kafe"də, "Baker şirniyyat evi"ndə, Elnarə Şirinovaya məxsus "Zoo mağaza"da, Xəzər rayonunda "Rahat market"də, Nəsimi rayonunda "Novatar mağaza"da, Nemət İsmayılova məxsus qarışıq mallar mağazasında, Gəncə şəhərində "Euro inşaat" və "Mister dekor" mağazalarında, Qobustan rayonunda "Bol market" və "Qobustan market"də, Lənkəran rayonunda "Forsaj avtomobil ehtiyyat hissələri" mağazasında, "Seyidoğulları market"də, "Məkan", "Türk Seramik", "Zaman" mağazalarında, Füzuli rayonunda "Mandarin LTD"yə məxsus mağazada, Mətanət Dadaşova və Pərviz İbrahimova məxsus "Market"lərdə, Yevlax rayonunda "Araz-Oskar Market"də, Zahir Namazova məxsus tikinti mallarının satışı mağazasında, Esmira Misirxanovaya məxsus aptekdə, Qusar rayonunda "Çiçəyim" və "Optimal" mağazalarında, "Bistro" ictimai-iaşə obyektində, ümumilikdə, monitorinq aparılmış 726 obyektin 258-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
İyulun 8-də nəzarət tədbirləri keçirilmiş 115 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə Inzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 9-dək monitorinq aparılmış 13046 sahibkarlıq subyektindən 6050-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 09 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar valyuta mezennesi hava kriminal xeber