620 manatdan başlayan mənzillər: Vətəndaşlar üçün nə dərəcədə əlçatandır?

620 manatdan başlayan mənzillər: Vətəndaşlar üçün nə dərəcədə əlçatandır?İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
1, 2 və 3 otaqlı mənzillər üzrə aylıq ödənişlər 620 manatdan başlayır. Mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün bu mexanizm alternativ imkan kimi qiymətləndirilsə də, minimum aylıq ödənişin ailə büdcəsi üçün nə dərəcədə əlçatan olduğu sual doğurur.
Mövzu ilə bağlı azxeber.com-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində təqdim olunan mənzillər mövcud şərtlərlə cəmiyyətin bütün təbəqələri üçün əlçatan deyil:
620 manatdan başlayan mənzillər: Vətəndaşlar üçün nə dərəcədə əlçatandır?"İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində satışa çıxardığı və minimum aylıq ödənişin 620 manat olduğu mənzillər, təəssüf ki, cəmiyyətdə hər kəs üçün əlçatan deyil. İlk növbədə nəzərə almaq lazımdır ki, minimum əməkhaqqı ölkə üzrə 400 manatdır və əhalinin əksər təbəqəsi minimum əməkhaqqı və ondan cüzi yüksək məvacib alır. Bundan əlavə, xüsusilə gənc və azyaşlı övladı olan ailələrdə çox vaxt yalnız bir nəfər işləyir. Belə bir vəziyyətdə 620 manatlıq aylıq ödəniş həmin ailələr üçün kifayət qədər ciddi maliyyə yükü yarada bilər".
İqtisadçı qeyd edib ki, mövcud şərtlər daha çox orta gəlirdən yüksək qazancı olan şəxslər üçün əlverişli görünür:
"Belə bir halda mənzil sahibi olmaq istəyənlər əsasən orta gəlirdən yüksək gəlir əldə edən şəxslərdir. Digər tərəfdən, ikinci və ya üçüncü mənzili alaraq kirayəyə vermək istəyən şəxslərin də bu mexanizmə maraq göstərməsi mümkündür. Düşünürəm ki, aylıq ödənişlərin nisbətən aşağı olması və şərtlərin daha əlçatan hala gətirilməsi məqsədəuyğun olardı".
G.Hüseynovanın sözlərinə görə, buna baxmayaraq, uzunmüddətli perspektivdə bu mexanizm paytaxtda yaşamaq və mənzil sahibi olmaq istəyən şəxslər üçün müəyyən üstünlüklər yarada bilər:
"Məlumdur ki, tədris ilinin başlanması ilə əlaqədar kirayə və satış bazarında da qiymətlər yüksəlib. Qiymətlər əksər hallarda minimum əməkhaqqını əhəmiyyətli dərəcədə üstələyir. Gələcək karyerasını Bakıda davam etdirmək və uzunmüddətli yaşamaq istəyən şəxslər üçün bu mexanizm avantajlı ola bilər".
Ekspert bildirib ki, daşınmaz əmlak bazarında qiymətlər qısa müddət ərzində belə dəyişə bildiyindən, uzunmüddətli baxımdan satmaq öhdəliyi ilə kirayə mexanizmi müəyyən vətəndaşlar üçün daha sərfəli seçim ola bilər:
"Daşınmaz əmlak sektorunda hətta üç ay ərzində qiymətlər dəyişə bilir. Eyni zamanda, illərlə kirayə haqqı ödəyərək müəyyən məbləğ toplamaq və daha sonra mənzil almaqdansa, bu mexanizm vasitəsilə mənzil sahibi olmaq bəzi vətəndaşlar üçün daha sərfəli ola bilər".
Fəridə Əsədzadə

İqtisadiyyat       Tarix: 14 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda yerli banklarda debet kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı məlumatlar gündəmə gəlib. Azərbaycan Banklar Assosiasiyası (ABA) yayılan məlumatlarla bağlı açıqlama verərək tətbi

Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş

Yeni mənzillər satışda: Sumqayıtda 12 00 manatdanbaşlayan ilkin ödənişlə tam təmirli mənzillər!. Yeni mənzil axtarırsan, amma ilkin ödəniş və təmir xərclərisəni düşündürür? Sumqayıtın girişində yerləşən Yeni Sumqayıt layihəsindəsərfəl

İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır

İranın Stokholmdakı səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İsveç hökuməti məlumat yayıb. Bildirilib ki, İran səfirliyinin əməkdaşlarından birinə İsveçi tərk etmək tapşırılıb. "İsveçdəki İran səfirliyini

"İrşad"da yeni tədris ilinə özəl "Yaşıl Cümə" fürsətləri başladı

"İrşad" məktəb həyəcanını və yeni tədrisilini səbirsizliklə gözləyənlər üçün möhtəşəm xəbərlə gəlir – ənənəvi "YaşılCümə" aksiyası yenidən baş tutur. xəbər verir ki, sentyabrın 18-dən 27-dək davam edəcə

"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi

"BakıKart" (K Group MMC) tərəfindən gənclərin təhsildə qazandıqları uğurların təşviqi və onların gündəlik ictimai nəqliyyat xərclərinə dəstək göstərmək məqsədilə Qarabağ Universitetində xüsusi görüş keçirilib. Görü

Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın investisiya imkanlarının beynəlxalq miqyasda tanıdılması və ölkəyə yeni sərmayələrin cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib

Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO

27 sentyabr - Anım Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublik

AZAL "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görüldü

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı il "World Airline Awards" mükafatları çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb. xəbə

Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi

Yeni paket geniş idman məzmununu və 260-dək yerli və xarici telekanalı bir abunəlikdə birləşdirir. Azercell Kinon TV platformasında idmansevərlər üçün yeni "Setanta Sports & TV" paketi istifadəyə verib. Yen


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun xəbər.az son xeberler az futbol xeberleri