8 Mart ərəfəsi dükanlar: "Gülü baha almamısınız, sadəcə, baha olanını seçmisiniz" - REPORTAJ + FOTO

8 Mart ərəfəsi dükanlar: 8 Mart ərəfəsi dükanlar: "Gülü baha almamısınız, sadəcə, baha olanını seçmisiniz" - REPORTAJ + FOTO
Sabah 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu ərəfədə adəti üzrə Bakının gül və hədiyyə satılan dükanlarında nisbətən canlanma müşahidə olunur. Ən çox tələbat isə təbii güllərədir. 
Oxu.Az-ın əməkdaşları qiymətləri öyrənmək üçün metronun "28 May" stansiyası yaxınlığındakı gül salonuna üz tutublar.
8 Mart ərəfəsi dükanlar: Gül salonunda insan əlindən tərpənməyə yer yoxdur. Elə müştərilər var ki, bir neçə buket alıb aparırlar.
Gülsatanların azacıq istirahətə belə vaxtları yoxdur, sifariş sifariş dalınca gəlir.
8 Mart ərəfəsi dükanlar: Hər yaş kateqoriyasından müştərilər var. Salona arabir xanımlar da yaxınlaşırlar. Müşahidəmizə görə, bəyənilmək baxımından ən sərfəli gül zanbaqdır. Çünki qarşı tərəfin zövqünü bilməyənlər uzun tərəddüddən sonra məhz bu gülü seçirlər.
8 Mart ərəfəsi dükanlar: Salonun müdiri Babək Məmmədov qiymət artımını izah etməyə çalışır:
8 Mart ərəfəsi dükanlar: "8 Mart ərəfəsində qiymətlərdə həmişə dəyişiklik olur. Səbəb də odur ki, bu bayramı çox ölkədə qeyd edirlər, tələbat çox olur, hətta indi müharibə gedən Ukrayna ilə Rusiyada da. Güllər Ekvador, Kolumbiya, Keniyadan gətirilir ki, bu da qiymətə təsir edir. Yol haqqı qalxır deyə məcbur qiymətləri də qaldırmalı oluruq".
8 Mart ərəfəsi dükanlar: B.Məmmədov qiymətlərin güllərin növünə görə dəyişdiyini qeyd edir:
"Alıcılar çoxdur. İstəkləri də müxtəlifdir. Gülün sortuna görə qiymət dəyişir. Zanbağın bir ədədinin qiyməti 3 manatdan başlayır, 6 manata qədərdir. Qızılgüllərin qiyməti 5 manatdan başlayır, 12 manatadək yüksəlir. Orxideya 25 manatadır. Sortuna görə dəyişir.
Bir qızılgülü 12 manata almağınız o demək deyil ki, sizi aldadıblar. Gülü baha almamısınız, sadəcə, baha olanını seçmisiniz".
8 Mart ərəfəsi dükanlar: Babək Məmmədov deyir ki, indi zanbağın mövsümüdür, yerli istehsal olduğu üçün ən çox da o satılır:
"Gülləri dənə ilə, dəstə ilə, səbətlə, qutu ilə alanlar var. 8 Marta özəl "8" formasında gül hazırlamırıq. Onlar artıq iki-üç ildir ki, dəbdə deyil. Mənim də xoşuma gəlmir".
8 Mart ərəfəsi dükanlar: Satıcı güllərin ömrünü uzatmaqla bağlı məsləhətlər də verir:
"Gülün ömrünü maksimum 15 gün uzatmaq olar. Bunun üçün onun saplağı hər gün bir az kəsilməli və suyu dəyişilməlidir. Səhləblər daha çox qalır. Güllər tez solsa da, adama rahatlıq verir, xoş hisslər yaradır. Ən sadə və eyni zamanda, ən gözəl hədiyyədir gül".
Mağazada çoxalan sıxlıq satıcının son sözlərini təsdiq edir. Baxırıq ki, bu gedişlə sabaha dükanda gül qalmayacaq...
8 Mart ərəfəsi dükanlar: Gül-çiçəyiniz, dəyər verənləriniz çox olsun, əziz xanımlar! Bayramınız mübarək! 
Nəzrin Vahid

Maraqlı       Tarix: 07 mart 2024
f Paylaş

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


son xeberler azerbaycan xeberleri yeni xeberler beynelxalq bank mezenne xeberler azerbaycan xeberler bugun 2026 hava durumu