9 Mayda Azərbaycanın payı: Faşizm necə davam edir? - TƏHLİL

9 Mayda Azərbaycanın payı: Faşizm necə davam edir? - TƏHLİL 9 Mayda Azərbaycanın payı: Faşizm necə davam edir? - TƏHLİL
9 May nasist Almaniyası üzərində qələbənin ildönümüdür. Pandemiya olmasaydı, bu gün Moskvada Qızıl Meydanda böyük parad və təntənəli mərasim keçiriləcəkdi.
Nasist Almaniyasına qarşı qələbə yalnız bir dövləti, bir xalqı deyil, dünyanın əksər ölkələrini, o cümlədən, Böyük Britaniya, Fransa, ABŞ-ı birləşmişdi. Bu cəbhədə Azərbaycan xalqı da təmsil olunub.
Almaniyanın paytaxtı Berlinə hücum 1945-ci il aprelin 16-da Sovet ordusu tərəfindən başladılıb. Berlini şərqdən və cənub-şərqdən mühasirəyə alan bir milyondan çox sovet hərbi qüvvələrinə ümumi komandanlığı marşal Jukov edirdi. Bu, dünya hərb tarixinin ən böyük hücum ordusu hesab olunur.
Hitler Berlini tərk etməkdən imtina edir və aprelin 20-də 56 yaşında son dəfə əsgərlər qarşısına çıxır, Berlinin müdafiəçilərinə medallar paylayır. Üç gün sonra isə Berlin sovet orduları tərəfindən mühasirəyə alınır.
Bir həftə sonra – aprelin 30-da Hitler, rəsmi məlumata əsasən, intihar edir. Berlin mayın 2-də təslim olur. Ümumilikdə hərbi əməliyyatlar Almaniyanın digər bölgələrində mayın 8-dək davam edir. Mayın 9-da isə alman ordusu komandanlığı təslim aktını imzalayır.
Berlinin alınmasında ön sırada azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq diviziyası iştirak edib. Ümumilikdə 128 Azərbaycan vətəndaşı (42-si milliyyətcə azərbaycanlı) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Müharibənin qələbə ilə başa çatmasında yalnız cəbhədəki azərbaycanlılar deyil, eyni zamanda, arxa cəbhədəki xalq da böyük əmək sərf edib, qəhrəmanlıq göstərib.
Sovet ordusunun yanacaq təminatının 70 faizdən çoxunu Azərbaycan nefti təmin edib. Həmin vaxt Bakı dünyanın azsaylı neft mərkəzlərindən biri idi. Təsadüfi deyil ki, Bakını məhz neftə görə ilk dəfə müttəfiq dövlətləri bombalamaq, daha sonra isə nasist Almaniyası ələ keçirmək planı hazırlamışdı. 
Hansı tərəfdən baxsan, bu müharibədə Azərbaycanın rolu danılmazdır. Bu barədə Sovet ordu komandanlarından Jukov, Rokossovski və digərlərinin məktubları, yazıları mövcuddur. Baxmayaraq ki, bu rolu inkar etmək istəyən, azaltmağa çalışanlar olub və hələ də var.
İkinci Dünya Müharibəsi ilə bağlı mübahisəli mövzulardan biri də faşizmə münasibətdir. Zaman keçdikcə, xüsusən də SSRİ-nin dağılmasından sonra faşizmə münasibət Stalin repressiyaları ilə müqayisə olunmağa və bir çox hallarda Stalin hakimiyyətinin daha qəddar (azərbaycanlılara qarşı) olması arqumenti gətirilir, ya da ən pis halda bu müharibə iki qəddar dövlət arasında müharibə kimi təqdim olunur və burada azərbaycanlıların, sadəcə, məcburi iştirakı olması fikri qabardılır.
Əlbəttə, müharibə və qələbə bizə işğalı və repressiyaları unutdura bilməz. Ancaq tarix tarixdir. Faşizmi müdafiə edən fikirlərin tirajlanması bir çox aspektdən zərərli və yanlışdır.
Birincisi, nasizm insanlıq üçün təhlükəli bir ideologiyadır. İnsanlara qarşı irqi ayrı-seçkiliyi dövlət siyasəti elan edən, digər xalqları kölə olaraq görən bir düşüncənin təbliği və müdafiəsi mütərəqqi xalq üçün yolverilməzdir. Bütün mütərəqqi dünya nasizmə qarşı birləşib və bu cəbhədə Azərbaycan da iştirak edib.
İkinci mühüm məqam sırf Azərbaycanla bağlıdır. Nasist Almaniyasının Azərbaycanla bağlı planı konkret olaraq işğal və kölələşdirmə olub. Hitler komandasının hazırladığı "Şərq" planı Azərbaycanı müstəmləkə kimi görürdü. Bu, tarixi sənədlərlə sübuta yetirilib. Bu planda, ümumiyyətlə, Azərbaycana müstəqilliyin verilməsi yer almayıb. Nasistlərin guya azərbaycanlılara hörmət etməsi, müstəqillik verəcəyi ilə bağlı yalanlar çoxdan təkzib olunub.
Bunun əksinə, faşizmin müdafiəsi Azərbaycan xalqının əldə etdiyi uğurların tarixi mirasından imtina etməsi, böyük savaş və mübarizə təcrübəsinin unudulması mənasına gələ bilər.
Unutmaq olmaz ki, Azərbaycan xalqı İkinci Dünya Müharibəsindən çox sonra ədalətsiz müharibəyə və amansız soyqırımına məruz qalıb. Bu cinayətləri törədənlər isə indi faşizmi müdafiə edən Ermənistan olub.
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə bu məsələyə toxunub, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini pisləyib. Bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesinin qəbuledilməz olduğunu bildirib.
Buna misal olaraq Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırıldığını, konkret olaraq bir neçə il əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulduğunu bildirib. Məhz Azərbaycan tərəfinin rəsmi tribunalardan səsləndirdiyi bəyanatlardan sonra Rusiyada Njdenin lövhəsi sökülüb.
Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədən şəxslərin dövlət rəhbərliyinə yüksəldiyi Ermənistanda faşist cəlladına abidə qoyulması bir-birini tamamlayan detallardır. Ermənilər üçün bütün dəyərlərdən üstün olan etnik amil, yəni ermənilikdir. Bu mənada, faşizm də eyni görüşə sahibdir.
Bizim üçün isə 9 May mütərəqqi bəşəriyyətlə eyni cəbhədə ağır şərtlərlə də olsa, qazanılmış qələbədir. Bu təntənəli tarixdən imtina etməyə, onu kiçik görməyə haqqımız yoxdur. Ən azı bu savaşda vuruşub qəhrəmanlıq göstərən həmvətənlərimizin xatirinə.
Rəşad Quliyev /oxu.az

Siyasi       Tarix: 09 may 2020
f Paylaş

Oxşar xəbərlər

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyildi. Forum göstərirdi ki, Azərbaycan artıq qlobal məsələlər haqqında təkcə danışan deyil, həmin beynəlxalq müzakirələrin keçirildiyi platformalar

Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı

Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmən milli təhlükəsizliyə təhdid kimi tanıyıb və bu quruma hər hansı formada dəstək verməyi cinayət məsuliyyəti altına alıb. xəbər verir ki, daxili işlə

İsraildə siyasi arena qızışır: Netanyahuya güclü rəqib

İsrail parlamenti – Knesset növbədənkənar parlament seçkiləri ərəfəsində özünü buraxmaq barədə qərar qəbul edib. KONKRET.azxəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. Məlumata görə, parlamenti

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Yeni müdafiə naziri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb. xəbər verir ki, hüquqi prosedurlar başa çatana qədər Xmara Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək, dah

Anar Quliyev: 10 ildə 9 şəhərdə 16 mindən çox mənzil tikilib

İyulun 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasına dair yüksəksəviyyəli iclas çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın regional və qlobal səviyyədə artan rolu, eləcə də beynəlxalq arenada həyata keçirdiyi fəal əməkdaşlıq siyasəti nüfuzlu beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasın

Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litva səfiri Kestutis Vaşkeleviçusla görüşüb. Bu barədə səfir sosial şəbəkə hesabında bildirib

Pelenin forması 4,88 milyona satıldı

Əfsanəvi braziliyalı futbolçu Pelenin 1958-ci il Dünya Kubokunun finalında geyindiyi forma hərracda 4,88 milyon dollara satılıb. xəbər verir ki, bu barədə "Sothebys" məlumat yayıb. 1958-ci il Dünya Kubokunun finalınd


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün cəbhədən görüntülər cəbhədən son xeber cəbhədən video