"91-lər"in nümayəndəsi: "Heydər Əliyevin ikinci missiyası Qarabağı azad etmək idi" - FOTO

"91-lər"in nümayəndəsi: "Heydər Əliyevin ikinci missiyası Qarabağı azad etmək idi" - FOTO
"Qərb ümummilli lider Heydər Əliyevi yaxşı tanımırdı".
Bu fikirləri Oxu.Az-a açıqlamasında "91-lər"in nümayəndəsi, professor Şahlar Əsgərov 15 İyun Günü ilə bağlı xatirələrini bölüşərkən deyib.
Professor qeyd edib ki, ulu öndər Heydər Əliyevin gəlişinin Azərbaycanın taleyində xüsusi rol oynayacağını öncədən bilib:
"15 iyunu ictimai mənada xatırlayanda mənim yadıma parlamentdə qanun layihəsi müzakirə etməyimiz gəlir. İyunun 15-də ulu öndər Heydər Əliyev hakimiyyətin bir qanadını öz çiyinləri üzərinə götürdü. O bu işdə hakimiyyətə razılıq verməmişdən öncə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Mən Heydər Əliyevi qarşılayanların arasında idim. O zaman təqribən bir neçə yüz adam yığılmışdı. Onların bir qismi Yeni Azərbaycan Partiyasının aktivləri, bir neçəsi də fiziklər idi. Xəlil Xəlilov, Zahid Dünyamalıyev, Arif Paşayev də orada idi.
Onun gəlişinə ümidim böyük idi. Bilirdim ki, Azərbaycanın taleyində xüsusi rol oyanacaq. Təyyarədən düşəndən sonra birbaşa Prezident Aparatına getdi. Prezident Əbülfəz Elçibəy ilə danışıqlar apardı. Danışıqlar ikisi arasında olub. Daha sonra Heydər Əliyevə parlamentin sədrliyi vəzifəsi təklif olundu. Heydər Əliyev qəbul etmədi. Dedi ki, "Gəncəyə gedib, hadisələrlə tanış olandan sonra təklifinizi qəbul edərəm". O, jurnalistləri də dəvət etdi. Jurnalistlərlə birlikdə Gəncəyə getdi. Jurnalistlər o prosesin içində olublar".
Ş.Əsgərov sözlərinə görə, həm daxili, həm də xarici irticalar Azərbaycanın müstəqil dövlət olmasını həzm edə bilmirdilər:
"Heydər Əliyev daha sonra Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də hakimiyyətin bir qolunu öz üzərinə götürdü. Milli Məclisin sədrliyini üzərinə götürdü. Yadımdadır ki, onda da Milli Məclisin sədri seçilməsi üçün Milli Şuranın üzvü olmalı idi. Heydər Əliyev də Milli Şuranın üzvü deyildi. Deputat Yaşar Əliyev öz yerini Heydər Əliyeva verdi. O həm Milli Şuranın üzvü, həm də parlamentin sədri oldu..
Həmin dövrdə həm daxili, həm də xarici irtica Azərbaycanın müstəqilliyini həzm edə bilmirdilər. Qarabağ ətrafında bir neçə rayonumuz ermənilər tərəfindən işğal olundu.
Heydər Əliyevin gəlişi Azərbaycanın taleyini həll etdi.
Heydər Əliyev hər zaman jurnalistlərə belə cavab verirdi. "Biz nazik sap üzərində gedirik. Ağıl və məharətlə siyasətimizi aparmalıyıq ki, milli mənafelərimiz təmin olunsun". Ulu öndər daha sonra bildirirdi ki, "Müstəqil dövlət qururuq. Bu dövləti qurmaq üçün bir neçə şərt ödənilməlidir. Hamı müstəqilliyin aliliyini qəbul etməli və əhalimiz müstəqilliyimizi qorumalıdır. Hər kəs ümumdövlət mənafeyini şəxsidən üstün tutmalıdır".  
"91-lər"in nümayəndəsi həmin dövrdə bütün sahələrdə böhran olduğunu bildirib:
"Hər sahədə böhran gedirdi. Heydər Əliyevin gəlişi Azərbaycan xalqının tarixində oynadığı rol millətin qurtuluşu kimi qəbul olundu. Qərb Heydər Əliyevi yaxşı tanımırdı. Qərbin münasibəti Sovet İttifaqına qarşı çox neqativ idi.
Heydər Əliyev güclü addımlar atmışdı. Birinci addım o idi ki, 1990-ci ilin yanvar hadisəsindən sonra ailə üzvləri ilə birlikdə səfirlikdə daimi nümayəndəliyə getdi. Mixail Qorbaçovu tənqid etdi. Cəsarətli addım idi. Ölüm ilə hədələnirdi. Lakin Heydər Əliyev heç nədən çəkinmədi. Bir il sonra Kommunist Partiyasından imtina etdi. İmtina edəndə də dedi ki, "Mən bu dövlətə, bu millətə çox sədaqətlə qulluq etmişəm. Lakin sədaqətin əvəzində qiymət görmədim". Dərhal partiyadan çıxdı. Ölüm hökmündən də qorxmadı. Qərb onu Kommunist Partiyasının büro üzvü kimi görürdü.
Azərbaycanda qurulacaq dövlət qərbyönümlü olacaqdı. 1993-1994-cü ildə Azərbaycan öz haqq-ədalət yolu ilə gedirdi. Bu gedişat xoş gələcəyə aparacaqdı. Minnətdarlıqla yad edirik. Heydər Əliyevin qarşısında iki missiya var idi. Birincini yerinə yetirdi. İkinci missiya Qarabağı azad etmək idi. Onu da Heydər Əliyevin davamçısı Ali Baş Komandan İlham Əliyev tamamladı".
Nəzrin Vahid

Maraqlı       Tarix: 15 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber son xeberler az valyuta mezennesi cəbhədən görüntüleri