914 metr hündürlükdə təyyarənin yanı ilə "uçan kişini" görən pilot şoka düşdü - VİDEO
914 metr hündürlükdə təyyarənin yanı ilə "uçan kişini" görən pilot şoka düşdü - VİDEO
ABŞ-ın "American Airlines" aviaşirkətinin pilotu səmada olarkən təyyarənin yaxınlığında "reaktiv çanta" ilə uçan kişini gördüyünü bildirib.
Bu barədə "Fox 11" xəbər yayıb.
Baş verənlər barədə pilot Los-Anceles aeroportunda enişə hazırlaşarkən dispetçeri məlumatlandırıb. Yaxınlaşma zamanı onların 914 metr hündürlükdə olduğu vurğulanıb.
"Biz bu dəqiqə "reaktiv çantalı" gənci ötdük… Bizdən solda, ola bilsin ki, 300 yard (274 metr – red.) məsafədə, təqribən bizimlə eyni hündürlükdə", - deyə telekanal tərəfindən yayımlanan səs yazısında bildirilib.
Sonradan eyni məzmunlu ismarıc "Sky West" aviaşirkətinə məxsus təyyarənin pilotu tərəfindən də göndərilib.
Artıq FTB hadisə barədə məlumatlıdır, araşdırmalara başlanılıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb