ABŞ-də çalışmış azərbaycanlı nüvə alimi - Abbas Çayxorski kim idi? - FOTO

ABŞ-də çalışmış azərbaycanlı nüvə alimi - Abbas Çayxorski kim idi? - FOTOABŞ-də çalışmış azərbaycanlı nüvə alimi - Abbas Çayxorski kim idi? - FOTO
Azərbaycanı dünyada təmsil etmiş bir çox məşhur soydaşlarımız var. Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərmiş Çayxorski Abbas Abbas Əli oğlu bunlardan biridir. 
Baku.ws xatırladır ki, o, 1917-ci il yanvarın 21-də İrəvan quberniyasının Novobayazet qəzasının Çaxırlı kəndində dünyaya gəlib.
O, 1939-cu ildə Bakıda orta məktəbi və torpaq mühəndisliyi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1941-ci ildə isə "Qızıl Ordu" sıralarına çağırıldığı üçün üçüncü kursdan etibarən təhsilini yarımçıq qoyaraq cəbhəyə göndərilib.
ABŞ-də çalışmış azərbaycanlı nüvə alimi - Abbas Çayxorski kim idi? - FOTOArdınca isə, A.Çayxorski Bakı zenit-artilleriya məktəbinə oxumağa göndərilib. Təlimdən sonra yenidən cəbhəyə qayıdan gənc, 3-cü dərəcəli "Şöhrət", "Vətən Müharibəsi" (1-ci dərəcəli), "Qırmızı Ulduz" ordenləri və s. ordenləri ilə təltif edilib.
O, 1945-ci ildə əlilliyi səbəbi ilə ordudan kənarlaşaraq ADU-nun Kimya fakültəsində təhsilini davam etdirib. Qısa müddət ərzində əlaçı tələbə kimi "SSRİ Xalq Komissarları Sovetin"in qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin dördüncü kursuna, yeni açılmış radiokimya fakültəsinə köçürülüb.
ABŞ-də çalışmış azərbaycanlı nüvə alimi - Abbas Çayxorski kim idi? - FOTO1947-ci ildə A.Çayxorski kiçik elmi işçi kimi Çelyabinsk Atom Mərkəzində fəaliyyətə başlayıb. Bir il sonra atom layihəsinin rəhbəri akademik İ.V.Kurçatov onu böyük elmi işçi vəzifəsinə keçirib. 1969-cu ildən ona SSRİ Atom Enerjisindən Dinc Məqsədlərlə İstifadə üzrə Dövlət Komitəsinin elmi direktoru vəzifəsi həvalə olunub. A.Çayxorski 12 il bu vəzifədə çalışıb. 1969-cu ildə isə o, elementlərin yeni dövri cədvəli üzərində işləməyə başlayıb. İki ildən sonra Çayxorski cədvəli SSRİ Təhsil Nazirliyinin qərarı ilə Mendeleyev cədvəlinə əlavə olaraq ölkə ali məktəblərinin müəllimlərinin ixtisasartırma fakültələrinin kursuna daxil edilib.
Abbas Çayxorski 1990-cı illərin əvvəllərində ABŞ-yə mühacirət edib.
Soyadının mənşəyi haqqında:
Çayxorski müsahibəsində soyadının mənşəyi ilə bağlı suala belə cavab verib:
"Çar dövründə bir çox azərbaycanlılar soyadlarını doğulduğu yerə görə yazırmışlar. Bilirsiniz, "Şıxlı", "Şəki", "Kəngərli" kimi soyadlar da məhz Şıxlı, Şəki, Kəngərli ərazilərindən götürülənlərdir. Bizim bəxtimiz gətirmədi - dediyim kimi, Çaxırlı kəndindən gəlirik. Atam hesab edirdi ki, müsəlmana "şərab" soyadını daşımaq yaraşmaz. Bu səbəbdən də soyadım "çayxor" - çay sözündən gəldi. Çayxorskilər soyadı belə ortaya çıxıb". / oxu.az

Maraqlı       Tarix: 22 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bu gun bugunun xeberleri son xeberler az