ABŞ, Fransa və Hindistan Ermənistanı sürətlə silahlandırır - Nəyə hazırlıq gedir?
"Ermənistan hazırda ABŞ, Fransa və Hindistan tərəfindən intensiv şəkildə silahlandırılır. Bu fəaliyyət ABŞ-nin Ermənistan vasitəsiylə Cənubi Qafqazda yeni bir yeni bir gərginlik mərkəzinin yaradılması məqsədi ilə həyata keçirilir".
Bu sözləri azxeber.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın silahlandırılmasını əks etdirən görüntülərə münasibət bildirərkən deyib.
Hərbi ekspert hesab edir ki, Ermənistan bu cür addımlar atmaqla Azərbaycana və İrana qarşı eskalasiya yaratmaq istəyir:
"Kifayət qədər təhlükəli addımlar atan Ermənistan öz ərazisindən qonşulara, xüsusilə də Azərbaycana, bu prosesləri görməzdən gələn İrana qarşı fəaliyyətləri ilə eskalasiya yaratmaq məqsədi güdür. Bu eskalasiyanın yaranması Ermənistan üçün əvvəl olduğu kimi indi də müsbət heç nə vəd etmir. Bu silahlanmalar nəticəsində Ermənistan ordusu Azərbaycana qarşı aqressiv davranışlar sərgiləyir, atəşkəsi pozur və Azərbaycanın daha əvvəl hava məkanı üzərində Pilotsuz Uçuş Aparatları (PUA) ilə kəşfiyyat aparmağa cəhd edib. Ermənistanı daha öncə də başqa ölkələr kifayət qədər silahlandırırdı. Lakin bu silahlanma Ermənistan ordusuna, xalqına yaxşı heç nə vəd etmədi. Ermənistan əldə etdikləri silahlarla Vətən Müharibəsində darmadağın edildi. Növbəti silahlanma cəhdləri də Ermənistana fəlakətli, ağrılı-acılı günlər göstərə bilər".
Mikayıl Mirzəzadə

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar