ABŞ hərbçilərinin SSRİ-dəki stansiyaları - meteoroloji missiyanın sonu

ABŞ hərbçilərinin SSRİ-dəki stansiyaları - meteoroloji missiyanın sonu1945-ci ilin son aylarında ABŞ və SSRİ arasında münasibətlər hələ müttəfiqlik çərçivəsində olsa da, bir müddət sonra iki ölkənin yaranacaq gizli qarşıdurmasının ilk əlamətləri artıq özünü göstərib. Bu dövrdə ABŞ Sovet İttifaqının ərazisində meteoroloji stansiyalar yaratmaq üçün Moskvanın razılığını almağa çalışıb. Nəticədə amerikalı hərbçilər Uzaq Şərqə göndərilib və burada meteoroloji məlumatların toplanması ilə məşğul olublar.
KONKRET.az xəbər veirr ki, ilk baxışdan məsələ sırf texniki və hərbi meteorologiya ilə bağlı görünüb. Əslində isə layihə ABŞ üçün strateji əhəmiyyət daşıyıb. Vaşinqton Sakit okeanda Yaponiyaya qarşı əməliyyatları davam etdirib və hava şəraiti barədə dəqiq məlumatlar aviasiya və donanmanın fəaliyyəti üçün əhəmiyyət kəsb edib. Sibirdən və Uzaq Şərqdən əldə edilən meteoroloji məlumatlar isə ABŞ üçün məhdud olub. ABŞ 1945-ci ilin əvvəlində Sovet İttifaqına Sibirdə 37 meteoroloji stansiyanın yaradılmasını təklif edib.
ABŞ hərbçilərinin SSRİ-dəki stansiyaları - meteoroloji missiyanın sonuVaşinqton bu stansiyaları avadanlıqla təmin etməyə və onların fəaliyyətində ABŞ mütəxəssislərinin iştirakına hazır olub. Lakin Moskva amerikalı personalın sovet ərazisində yerləşdirilməsinə ehtiyatla yanaşıb. Sovet tərəfi ABŞ avadanlığının istifadəsinə müəyyən dərəcədə razı olsa da, amerikalıların birbaşa stansiyalarda çalışmasına qarşı çıxıb. 1945-ci il iyulun 21-də ABŞ hərbi rəhbərliyinin hazırladığı "tam məxfi" sənəddə bu məsələ xüsusi qeyd olunub. Vaşinqton sovet tərəfinin razılığını almaq üçün artıq prezident Harri Trumenin Stalinlə birbaşa danışmasının lazım gəldiyini düşünüb.
Məsələ Potsdam konfransı zamanı yenidən gündəmə gətirilib. ABŞ tərəfi bu dəfə Sovet İttifaqının şərqində ABŞ hərbi dəniz qüvvələrinin şəxsi heyəti tərəfindən idarə olunacaq meteoroloji mərkəzlərin yaradılmasını təklif edib.
ABŞ hərbçilərinin SSRİ-dəki stansiyaları - meteoroloji missiyanın sonuSovet baş qərargahının rəisi Aleksey Antonov məsələni Stalinlə müzakirə etdikdən sonra o, razılıq verib. Beləliklə, amerikalı hərbçilərin SSRİ ərazisində meteoroloji fəaliyyət göstərməsi mümkün olub.
1945-ci ilin avqustunda ABŞ hərbi dəniz qüvvələrinin şəxsi heyəti Xabarovska gəlib. Burada 18 zabit və 42 hərbçi yerləşdirilib. Onların əsas vəzifəsi Sakit okean regionunda hərbi əməliyyatların planlaşdırılması üçün lazım olan meteoroloji məlumatları toplamaq və ABŞ-a ötürmək olub. Lakin amerikalılar tezliklə başa düşüblər ki, Sovet İttifaqında fəaliyyət göstərmək ABŞ və SSRİ arasında adi müttəfiqlik əməkdaşlığından tamamilə fərqlidir.
ABŞ hərbçilərinin SSRİ-dəki stansiyaları - meteoroloji missiyanın sonuAmerikalı hərbçilərin fəaliyyəti sovet tərəfinin ciddi nəzarəti altında olub. ABŞ hərbi dəniz qüvvələrinin sonrakı materiallarında Xabarovskdakı şəraitdən, məhdud hərəkət imkanlarından və sovet nümayəndələrinin fəaliyyətə nəzarətindən bəhs olunub. Ən ciddi problemlərdən biri rabitə məsələsi olub. Amerikalılar meteoroloji məlumatların ABŞ-yə ötürülməsi üçün şifrəli rabitədən istifadə etmək istəyiblər. Sovet tərəfi isə buna qarşı çıxıb. Moskva amerikalıların sovet ərazisindən şifrəli rabitə kanalları vasitəsilə məlumat ötürməsini istəməyib. Sovet rəhbərliyi üçün əsas məsələ ABŞ personalının fəaliyyətinə nəzarəti öz əlində saxlamaq olub. Bundan başqa, ABŞ tərəfi bəzi zabitlərinin meteoroloji fəaliyyətlə birbaşa əlaqəsi olmayan məsələlərlə maraqlandığına görə sovet tərəfinin narazılığını da hiss edib. Beləliklə, "meteoroloji əməkdaşlıq" getdikcə iki dövlət arasında etimadsızlığın kiçik nümunəsinə çevrilib.
ABŞ hərbçilərinin SSRİ-dəki stansiyaları - meteoroloji missiyanın sonuABŞ-nin Sibirdə meteoroloji stansiyalar yaratmaq planı həyata keçirildiyi vaxtda beynəlxalq vəziyyət artıq sürətlə dəyişib. 1945-ci il avqustun 6-da ABŞ Hiroşimaya atom bombası atıb. Avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan edib, ertəsi gün isə sovet ordusu Mancuriyaya hücuma başlayıb. Avqustun 15-də Yaponiya təslim olduğunu elan edib. Beləliklə, ABŞ-nin Sibirdə meteoroloji məlumatlara olan əsas hərbi ehtiyacı qısa müddətdə azalıb.
Bundan bir neçə ay sonra sovet tərəfi amerikalıların ölkədə qalmasına ehtiyac görməyib. General Aleksey Antonov ABŞ hərbi dəniz qüvvələrinin rəhbərliyinə müraciət edərək Xabarovsk və Petropavlovskdakı meteoroloji mərkəzlərin fəaliyyətinin dayandırılmasını və ABŞ personalının SSRİ-ni tərk etməsini tələb edib. Beləliklə, ABŞ hərbçilərinin Sovet İttifaqında meteoroloji fəaliyyət dövrü cəmi bir neçə ay çəkib. Bu hadisə II dünya müharibəsinin sonundakı ABŞ–SSRİ münasibətlərinin ziddiyyətli xarakterini aydın göstərib.
ABŞ və SSRİ artıq ortaq düşmənə qarşı mübarizə aparan müttəfiqlər deyil, dünyanın gələcək siyasi düzəni uğrunda rəqabət aparan iki supergüc olmağa başlayıb.musavat.com

Siyasi       Tarix: 13 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeberler az son.xeberler cebheden xeberler