ABŞ-ın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı — SENSASİYA

ABŞ-ın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı — SENSASİYAABŞ Dövlət Departamenti torpaq alqı-satqısı ilə bağlı münaqişəyə görə saxlanılan və dələduzluq, xuliqanlıq maddələri ilə haqqında cinayət işi açılan Rüfət Səfərova görə "dərin narahatlıq" keçirdiklərini bəyan edib. Dövlət Departamenti bildirir ki, "məsələni yaxından izləyirlər". Bu bəyanat qəribə paradoks yaradır: ABŞ xarici siyasət idarəsinin işi-gücü bitib ki, Azərbaycanda torpaq alqı-satqısına görə baş vermiş məişət hadisəsini izləyir və buna görə "dərin narahatlıq" keçirir?!
Aydındır ki, Bayden Administrasiyası üçün məsələ torpaq alqı-satqısı yox, Rüfət Səfərovun saxlanılmasıdır. Onlar üçün maraqlı deyil ki, Rüfət Səfərov hansı qanunu pozub, əgər saxlanılıbsa, deməli "düz edib".
Qərb siyasətində digər ölkələrə münasibətdə belə yanaşma artıq adət halını alıb. Lakin yenə də sual yaranır: Rüfət Səfərov ABŞ kimi böyük dövlətin xarici siyasət idarəsi üçün niyə bu qədər əhəmiyyətli olmalıdır?
Axı "hüquq müdafiəçisi" adı altında çalışan bu şəxsin ən böyük fəaliyyəti sosial şəbəkələrdə post paylaşmaq və bunu qrant verən təşkilatlarına gördüyü iş olaraq göndərməkdən ibarətdir.
Maraqlıdır ki, Dövlət Departamenti Rüfət Səfərovu "insan haqları sahəsindəki fəaliyyətinə görə" mükafata layiq görülüb. Rüfət Səfərov bu mükafatı almaq üçün ABŞ-a gedəcəkmiş və mükafatı ona dövlət katibi Entoni Blinken təqdim edəcəkmiş. Bu məqam artıq çox şeydən xəbər verir. Çünki Rüfət Səfərovu ölkədə atası Eldar Sabiroğluna görə tanıyırlar, onun nəinki "insan haqları sahəsində" fəaliyyəti, ümumiyyətlə normal ictimai fəaliyyəti belə yoxdur. Buna rəğmən, ABŞ Dövlət Departamentinin onu mükafatlandırması və mükafatı Blinkenin təqdim edəcəyi təsadüfi deyil.
ABŞ-ın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı — SENSASİYAABŞ-ın "yeni sima" axtarışı…
Azərbaycan siyasətində Prezident İlham Əliyevin alternativi olmadığı hər kəs tərəfindən qəbul edilən həqiqətdir. Vətən müharibəsindəki tarixi qələbədən sonra bu reallıq bir qədər də gücləndi. Sirr deyil ki, ölkənin siyasi düşərgəsində mövcud olan qüvvələrin heç biri Prezident İlham Əliyevə opponentlik belə edə bilməz. Buna görə Bayden Administrasiyası öz kəşfiyyat orqanları və Azərbaycandakı səfirliyinə alternativ təkliflər hazırlamağı tapşırıb. Məqsəd ölkədə yeni "siyasi fiqur"ların tapılması və hazırlanmasıdır.
Rüfət Səfərov ABŞ tərəfindən irəli sürülən "yeni sima"lardan biridir. Vaxtilə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Bəxtiyar Hacıyevi ənənəvi müxalifətə alternativ kimi irəli sürmüşdü, indi görünür, Blinken "yeni sima" planını Rüfət Səfərov üzərindən etməyi planlaşdırıbmış.
ABŞ-ın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı — SENSASİYALakin bir sual açıq qalır, niyə məhz Rüfət Səfərov?
Bunun səbəbləri daha dərindədir. Belə ki, Rüfət Səfərovun Qərblə münasibətlərinin tarixi onun hələ Səfər Əbiyevin müdafiə naziri olduğu dövrlərə gedib çıxır. O zaman nazirlikdə mətbuat xidmətinə rəhbərlik edən atası Eldar Sabiroğlu Səfər Əbiyevin yaxın adamı sayılırdı. Səfər Əbiyevi Rusiyaya yaxın adam kimi təqdim etsələr də, əslində o, Qərblə yaxın təmas qurmuşdu. Azərbaycan Ordusunun güclənməsinə və Ermənistan ordusunu üstələməsinə imkan verməyən Səfər Əbiyev Qərbin bəzi dairələrindən aldığı təlimatlar əsasında işləyirdi. Təsadüfi deyil ki, vəzifədən çıxarıldıqdan sonra Səfər Əbiyev məhz Şərqi Avropada Vaşinqtonun əsas kəşfiyyat bazası hesab edilən Çexiyaya üz tutdu və deyilənə görə, bu ölkənin vətəndaşlığını da alıb.
Səfər Əbiyev vəzifədə olarkən Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovu prokurorluq orqanlarına daxil edə bilmişdi. Çünki Səfər Əbiyevin ən çox çəkindiyi orqan prokuroqluq idi. Görünür, sabiq müdafiə naziri öz adamlarını sistemə daxil etməklə "əlini gücləndirməyə" çalışırmış. Rüfət Səfərovun Bayden Administrasiyasının diqqətini cəlb etməsinin səbəblərindən biri də məhz budur.
ABŞ-ın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı — SENSASİYAMəxfi görüş və alt-üst olan planlar…
Mediada yayılan məlumatlara görə, son vaxtlar ABŞ kəşfiyyat xidmətləri və Azərbaycandakı səfirliyin məsləhətləşmələrindən sonra Rüfət Səfərova xüsusi diqqət göstərmək qərara alınıb və onun siyasi portretinin hazırlanmasına başlanılıb. Rüfət Səfərovun xarizmatik lider xüsusiyyətlərinin, arxasınca kütləni aparacaq gücünün olmaması, pula meylliliyi, impulsivliyi və s. baxmayaraq, "pislər arasında ən yaxşısı" seçimi edilib və ona "stavka" etmək qərara alınıb. Rüfət Səfərovla bağlı qərar verildikdən sonra isə ABŞ səfirliyinin əməkdaşları ilə onun görüşləri xüsusi məxfi şəraitdə olub, hətta, ona adi mobil telefondan istifadə qadağan edilib və xüsusi rabitə imkanı yaradılıb, böyük həcmdə maliyyə ayrılıb.
Rüfət Səfərovun "geniş publikaya təqdimatı" ABŞ-da Blinkenin şəxsən ona mükafat təqdim etməsi ilə olmalı idi. Etibarı mənbənin dediyinə görə, Rüfət Səfərova hələlik hökumətlə konfrantasiyaya getməmək tapşırığı verilmişdi. Çünki plana görə, Bayden Administrasiyasının mükafatından sonra o "daha güclü" olacaqdı və Dövlət Departamenti ona tam dəstək verəcəkdi. Bundan sonra onun ətrafında "əfsanə" hazırlanmalı, siyasi portreti, informasiya dəstəyi, maliyyə sxemləri işə salınmalı idi. Lakin görünür ki, bu seçimi edənlər Rüfət Səfərovun dələduzluq mahiyyətini tam nəzərə almayıb. Belə demək mümkünsə, Bayden Administrasiyasının Rüfət Səfərovun bağlı qurduğu planlar alt-üst oldu. ABŞ Dövlət Departamentinin Rüfət Səfərovun saxlanılması isterik reaksiyası da bundan qaynaqlanır./demokrataz / konkret.az

Siyasi       Tarix: 05 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler son xeberler azerbaycan xeberleri gunun xeberleri en son xeber meherremlik 2026 xabarlar