ABŞ korporasiyası Azərbaycanda 24 layihəyə investisiya yerləşirib

ABŞ korporasiyası Azərbaycanda 24 layihəyə investisiya yerləşiribABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (BİMK) son 20 il ərzində Azərbaycanda 24 biznes layihəsinə 230 milyon dollara yaxın investisiya yerləşirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, BİMK-in maliyyələşdirdiyi sahələr energetika (2006-cı ildə başa çatmış Bakı-Tbilisi-Ceyhan neft kəməri), françayzinq, bank işi, mikromaliyyələşdirmə, hotel sektoru kimi sahələri əhatə edib:
"BİMK Azərbaycanda işləyən banklara kiçik və orta biznesə kredit portfellərini genişləndirməsi üçün vəsaitlər təqdim edib. Bu vəsaitlər arasında 2008-ci ildə "Rabitə Bank"a 4,8 milyon dollar və 2009-cu ildə "Turan Bank"a 7,3 milyon dollar dəyərində vəsaitlər yer alır. 2011-ci ildə "Muğan Bank"a kiçik və orta biznes nümayəndələrinə yönəlmiş fəaliyyətinin genişləndirilməsi üçün 10 milyon dollara yaxın kredit təminatı verilib".
Hesabata əsasən, BİMK, həmçinin "FinDev" və "CredAgro" şirkətlərinə müvafiq olaraq 1 milyon və 3 milyon dollar mikromaliyyələşdirmə üçün vəsait ayırıb. 2012-ci ildə BİMK "Viator Mikrokredit Azərbaycan" MMC (500 min dollar), "Vision Fund Azercredit BOKT" MMC (2 milyon dollar) və "FinDev"in (1 milyon dollar) kredit sığortasını təmin edib.
2013-cü ildə BİMK "Turan Bank"la 7 il müddətinə 7 milyon dollar məbləğində kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditin verilməsi barədə memorandum imzalayıb.
2015-ci ilə olan vəziyyətə görə, BİMK "KredAgro" və "TBC Kredit" bank olmayan kredit təşkilatları ilə aktiv kredit layihəsinə malik idi:
"EXIM Bank" 2014-cü il üzrə illik hesabatında Azərbaycan üçün, əsasən aviatexnika satışlarına dəstək üçün nəzərdə tutulmuş 211,9 milyon dollar məbləğində ödənməmiş sığorta və kredit təminatları barədə məlumat verib. 2011-ci ildə "EXIM Bank" Azərbaycan Kosmik Agentliyinin "AzerSat-1" peykini "Orbital Sciences" şirkətindən alınmasının maliyyələşdirilməsi üçün 116,6 milyon dollar borcu bağlayıb. 2015-ci ilin iyununda "EXIM Bank" Azərbaycanın aviaşirkəti tərəfindən "Boeing" kommersiya təyyarəsinin satın alınmasının maliyyələşdirilməsi üçün 211,9 milyon dollar kredit verilməsini başa çadırıb".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 10 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər metbuat xeberleri sou xeberler bugun cəbhədən son durum