"ABŞ-NATO-Aİ Putinin qarşısında geri çəkilsə, nəticə çox ağır olacaq" - ŞOK AÇIQLAMA

"Cənab Putinin bu gün apardığı siyasət Hitlerin 85 il bundan öncə apardığı siyasətin təkrarıdır. İkinci dünya müharibəsinə səbəb olmuş, 50 milyondan çox insanların məhv olmasına gətirib çıxarmış bu müharibənin başlama səbəblərini Avropanın yenidən yaddan çıxarmasının nəticələri daha ağır ola bilər".
KONKRET.az xəbər verir ki, bu fikirləri sabiq spiker Rəsul Quliyev səsləndirib.
O bildirib ki, 3-cü dünya müharibəsi ən azı 200 milyondan artıq insan tələfatı ilə nəticələnə bilər.
"Hitler hakimiyyətə gələndən sonra müxtəlif tələblərinin yerinə yetrilməsinə başladı. O dövrdə zəif olan Almaniyanın şıltaq kanslerinin tələblərini yerinə yetirənlərin tarix qarşısında buraxdığı səhvlərin nəticələri hamıya məlumdur. 1938-ci ildə Hitler Çexoslovakiyanın Sudet vilayətinin ona verilməsi ilə sakitləşəcəyinə, əmin-amanlığa əməl edəcəyinə söz verdi. BB-nın və Fransanın premyerləri sevinclərindən özlərinə yer tapmırdılar. Nəhayət Hitlerlə dil tapdıq, biz böyük siyasətçilərik deyib xalqlarını aldadırdılar. Hitler Sudet vilayətindən sonra bütün Çexoslovakiyanı işğal etdi. Onun ardınca Avstriya işğal edildi. Sonra Stalinlə müqavilə bağlayıb birlikdə Polşanı işğal etdilər və ikinci dünya müharibəsi başladı"
Rəsul Quliyevin sözlərinə görə, cənab Putin heç bir danışıq aparmadan 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziyanı həyasızcasına işğal etdi. Avropa və ABŞ 1938-ci ildə olduğu kimi səslərini çıxarmadı. 2014-cü ildə Krımı və paralel Ukraynanın Donbas vilayətlərini işğal etdi. Krımı qoruyacaqları barədə müqaviləyə imza atmış ABŞ və Böyük Britaniya Rusiyaya heç NOTA belə vermədi.
"İndi Rusiya ABŞ, NATO və Aİ-dən Ukrayna və Gürcüstanın ittifaqa qəbul edilməməsi tələbini irəli sürüb. Bu strukturlar həmin 1938-ci ildəki kimi aqressor Putinlə (müasir Hitler) danışıqlar aparmaq istəyir. Yəni ya mən dediyimi etməlisiniz, ya da mən əvvəl Ukraynanı işğal edəcəyəm, sonrasına baxarıq. Bu dəfə də Qərb ölkələri zəiflik göstərib Putinin tələblərinin bir faizinə belə əməl etsə, Rusiyanın Belarusu bütövlüklə işğal etməsi həyata keçiriləcək. Demək olar ki, 80 faiz Rusiyanın əhatəsində olan Ukraynanı tutmaq daha da asanlaşacaq. Onun ardınca Qazaxıstana qoşun yeridəcək. Abxaziya və Cənubi Osetiya (Rusiya) birləşib Gürcüstana hucum edəcək. Ermənistandakı hərbi kontingentini iki dəfə artıracaq. Ardınca Azərbaycanda hərbi bazalarını yerləşdirəcək. ABŞ-NATO-Aİ bunları anlamayıb Putinin qarşısında geri çəkilsə, nəticə çox ağır olacaq. Ona görə Putinə çox qətiyyətli yox deməklə yanaşı təcili Gürcüstan və Ukraynanı NATO-ya qəbul etmək lazımdır", –  deyə sabiq spiker əlavə edib.

Siyasi       Tarix: 03 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri son xeber.az son.xeberler hava