ABŞ prezidenti ölkəni hara aparır? - "Fox News"-ın TƏHLİLİ

ABŞ prezidenti ölkəni hara aparır? - Məlum olduğu kimi Bayden administrasiyası bir saniyə belə düşünmədən suveren dövlətə qarşı tammiqyaslı iqtisadi müharibə elan etdi. Nəzərinizə çatdırım ki, bu münaqişədə bir nəfər də olsun amerikalı həlak olmayıb. Heç bir rus ABŞ-ı işğal etmədi və yaxud hücuma hazırlaşmadı. Bununla belə, heç bir ictimai müzakirə olmadan və Konqresdə hansısa bir tədbir görülmədən Bayden administrasiyası ölkənin valyutasını məhv etdi. Daha sonra isə Rusiyanı beynəlxalq bank sistemindən qovaraq amerikalıları çətin duruma soxdu. Bu azmış kimi Bayden administrasiyası məhkəmə qərarı olmadan və bütün qanuni prosedurlara məhəl qoymadan bu dövlətlə əlaqəli insanların şəxsi əmlakını ələ keçirməyə başladı. Heç bir Amerika hökuməti belə bir şey etməyib.
Birləşmiş Ştatlar hökumətinin həmişə güclü şəkildə müdafiə etdiyi bir şey varsa, o da qanunun aliliyidir. Bu sistemin bütövlüyü həmişə ən vacib komponent olub. Lakin indi hər şey dəyişib. Məlum oldu ki, bu, sadəcə gözəl bir dövr idi və o dövr başa çatdı. Hədəf Rusiya olduğundan, az sayda amerikalı uyğunsuzluqları fərq etdi. Amerikalılar hökumətin hərəkətlərini dəstəklədilər. Demək olar ki, heç kim dayanmadı və bütün bunların nəyə gətirib çıxara biləcəyini soruşmadı. Görəsən bir də belə bir vaxt gələcəkmi ki, bizim liderlər ABŞ-a bu qədər düşmən münasibət göstərsin? Ən başlıcası nə qədər vaxt keçməlidir ki, Bayden höküməti sui-qəsddə və ya dövlətə xəyanətdə ittiham olunsunlar?!
Kanadada da oxşar hadisə baş verdi. Lakin indi nə ABŞ-da, nədə ki Kanada da nə baş verdiyini sadə xalq anlamır. İndi hər kəs Ukrayna haqqında düşünür. Çünki, İKT inhisarlarçıları indi Amerika ictimaiyyətinin əhval-ruhiyyəsinə misli görünməmiş qədər təsir imkanına malikdir. Bəlkə də kimlərə zarafat kimi gələ bilər. Amma orta əsrlərdə kilsənin cəmiyyətin düşüncələri və əhval-ruhiyyəsi üzərindəki təsiri indi Facebook, Google və Twitter daha güclü şəkildə həyata keçirir. Son iki il ərzində bu şirkətlər amerikalıların kimə nifrət etməli olduğuna asanlıqla qərar verir və onu icra edir. Vətəndaşlarımız təlimatlara uyğun olaraq sosial şəbəkələrdəki avatarlarını "BlackLives Matter" hərəkatının simvollarına, qoruyucu maskalı şəkillərə, indi isə Ukrayna bayraqlarına dəyişdiriblər. Bu mərhələlərin hər biri bir böhran idi. Və hər bir böhran Ağ Evin göstərişi ilə Silikon Vadisi tərəfindən diqqətlə təşkil edildi. İnsan beyni belə bir şeyə necə müqavimət göstərə bilər? Bunu necə başa düşmək olar? Bu, həqiqətən mümkün deyil. Qavramanın aydınlığı və obyektivliyi yox olur. Belə isteriya şəraitində hətta yaxın keçmiş də sadəcə olaraq buxarlanır.
Rusiya Ukrayna ərazisində xüsusi əməliyyata başlayan günün səhəri, yəqin ki, müxtəlif mövzuları – COVID-19, cinayət, cənub sərhədindəki vəziyyəti müzakirə etdiniz. Ancaq hər şey birdən dəyişdi. Ağ Evin böyük senarisinə uyğun olaraq bütün bu mövzular dərhal unuduldu – bəlkə də əbədi olaraq. Etiraf edim ki, heç bir cəmiyyət indiyə qədər bizim cəmiyyətimizin məruz qaldığı qədər incə manipulyasiyalara məruz qalmayıb. Amma İKT inhisarçılarının tam gücü ilə işləməsinə baxmayaraq, hər şeyin bir həddi var. Bəzi mövzuları gizlətmək olmaz. Google istədiyi bütün axtarış nəticələrini silə bilər. Lakin siz hələ də dükanlara və yanacaqdoldurma məntəqələrinə getdiyiniz üçün hamburger və benzinin qiymətinin nə qədər olduğunu bilirsiniz. Siz inflyasiyanın nə qədər yüksək olduğunu da yaxşı bilirsiniz. Əslində, indi inflyasiya o qədər yüksəkdir ki, hətta bu varlıları belə narahat edir. Və uzunmüddətli perspektivdə ölkənin düşdüyü ağır vəziyyət heç kimi narahat etmir. Baxmayaraq ki, bunun özü də ciddi narahatlıq doğurur. Reallıqsa budur ki, ildə 250 min dollar qazanan insanlar artıq indiki kimi yaşaya bilməyəcəklərindən narahatdırlar.
Təsəvvür edin ki, ildə 50.000 dollar və ya bir çox amerikalı kimi 30.000 dollar qazanırsınızsa bu halda siz inflyasiya səviyyəsindən dəhşətə gələcəksiniz. Belə inflyasiya nədən yaranır? Nə səbəb olur? Bu sualın cavabını bilmək istəyirsinizsə, bunun ən sürətli yolu siyasətçilərimizin dəqiq nəyi inkar etdiyini bilməkdir. Əgər deyirlərsə ki, nəsə inflyasiyanın səbəbi deyil, demək inflyasiyanın səbəbi məhz odur.
Bu yerdə Co Baydenin bizlərə dediyi "hökumətin artan xərclərinin inflyasiya problemi ilə heç bir əlaqəsi yoxdur" fikrini yada salaq. Prezident Co Bayden: "Doğru yoldayıq. Mən tarixdə cəmi bir il ərzində kəsiri 1 trilyon dollardan çox azaldan ilk prezident olmaq yolundayam. Mən yersiz tənqidlərdən bezmişəm. Amerika xalqı inflyasiyanın səbəbinin dövlət xərclərinin artması olduğunu düşünür, bu, sadəcə olaraq doğru deyil".
Siz yəqin ki, deyirsiniz: "Yaxşı, bu o Co Baydendir ki, onun heç vaxt real işi olmayıb. Hətta qocalmadan əvvəl də çox ağıllı deyildi." Co Bayden özü də yalan danışdığını yaxşı bilirdi. Bununla belə, "Bu, sadəcə olaraq doğru deyil"- deyib keçdi. Diqqət yetirin ki, o, bunun niyə "sadəcə doğru olmadığını" sizə demir? Çünki bu, əslində danılmaz, təhrif edilməmiş həqiqətdir. İnflyasiya dövriyyədə olan pul kütləsinin "funksiyasıdır". Dövriyyədə olan pul nə qədər çox olarsa, onun dəyəri bir o qədər azalır. Bunu hətta Co Bayden də anlayır. Bayden vəzifəyə gəldikdən bir ay sonra dövriyyədə olan dollarların miqdarı hər zamankindən daha kəskin şəkildə artdı. Administrasiya və Konqres iqtisadiyyata dollar ötürməyə davam etdikcə infilyasiya aydan-aya yüksəlməkdə davam etdi. Ona görə də biz indi tarixi inflyasiya ilə üz-üzəyik.
2008-ci il maliyyə böhranı dövründə Federal Ehtiyat Sisteminə maliyyə böhranına cavab vermək üçün fövqəladə səlahiyyətlər verildi. İndi, bu nümunəni görürsünüz? Əksinə indi liderlərimiz özləri yaratdıqları böhranda özləri üçün fövqəladə səlahiyyətləri təmin edirlər. 2008-ci il böhranından sonra Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini sıfıra yaxın endirdi və pul çap etməyə başladı. Amma bu proses dayanmadı. Bu bu günə qədər də davam edir. Son 14 ildə iqtisadiyyatımızı xilas etməli olan hər şey məhv edildi. Son 14 il ərzində bir neçə dəfə daha ehtiyatlı FED rəsmiləri fövqəladə tədbirlərdən imtina etməkdən və Amerika iqtisadiyyatına hadisələrə real baxışı bərpa etməkdən danışdılar. O adamları xatırlayın? Amma hər dəfə bu haqda danışanda Uoll Strit son dərəcə yüksək səslə etiraz etdi. İqtisadiyyatın əmək haqqı və məhsuldarlığının artımı yavaşladı. Lakin onun özəl təyyarə bazarı yüksəlişdə idi. Bu yolla, aktiv inflyasiyası varlı elitanın bir çox üzvlərinin sərvətinin əsasını qoydu. Heç bir cəmiyyət bu şəkildə uzun müddət yaşaya bilməz. Çünki mahiyyət etibarı ilə bu sxem məhsuldar deyil. Bu, yüksüklər oyunudur, lakin biz 14 ildən çox bu siyasəti davam etdirdik və bu prosesdə Birləşmiş Ştatların iqtisadiyyatı heç vaxt olmadığı qədər zəiflədi. Amma bir qism adam daha çox sərvətə sahib oldu.
Federal Ehtiyat Sistemi bunu yaxşı bilir. Onun məmurları axmaq deyil. Onlar başa düşürdülər ki, bu prosesləri onlar başlayır və bu proseslərin əksəriyyəti Amerika üçün təhlükəli və zərərlidir. Ancaq həqiqət budur ki, heç kim buna mane ola bilməzdi. Federal Ehtiyatlar Şurası, geri çəkilməyə çalışsa, bazarların çökəcəyini bilir. Bu klassik Ponzi sxemidir. Bu, iqtisadiyyatımızdan cinayətkar sui-istifadə idi. Lakin heç kim hər şeyin dağılacağından qorxaraq prosesi dayandıra bilməzdi.
İndi isə son mərhələyə çatdıq. FED-in hiylələri tükəndi. Problem inflyasiyadır və bəzi iqtisadçılar müəyyən zaman dövrlərində inflyasiyanın məhdudlaşdırılmasını tələb edirlər. Amma bu səviyyədə inflyasiya ilə bağlı problem ondan ibarətdir ki, vəziyyəti düzəltməyin asan yolu yoxdur.
Taker Karlson, "Fox News", ABŞ). 14 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Sosial     Baxılıb: 720   Tarix: 14 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndəriləcək. Bu barədə  -a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas

Tez-tez tərləmə hansı xəstəliklərin əlamətidir?

Həddindən artıq tərləmə bir çox hallarda orqanizmin normal reaksiyası sayılsa da, bəzi hallarda ciddi xəstəliklərin ilkin əlaməti kimi qiymətləndirilir. Mütəxəssislər bildirir ki, səbəbi bilinməyən və davamlı tərləmə hallar

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik

Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi qaydalarında dəyişiklik edilib.  Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı

Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.   -a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, İçərişəhərin Böyük Qala küçəsində yerləşən barlardan birində qeydə alınıb. İttiham aktındakı yekun protokola əsasən

Turan Topalova İŞDƏN ÇIXDI

Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova tutduğu vəzifədən ayrılıb. Bu barədə dövlət proqramı iştirakçılarına özü məlumat verib. /"Teleqraf"

Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunu

Sabah hava necə olacaq? - Proqnoz

Azərbaycanda mayın 1-də havanın 25 dərəcə isti olacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

Türkiyədə yaşayan azərbaycanlılar üçün üzücü xəbər

Türkiyə Miqrasiya İdarəsinin qərarına görə, bu ölkədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu (ikamet harcı) kəskin artırılıb. xəbər verir ki, əvvəllər ortalama 3700 TL (85 dollar) olan yaşayış icazəsi indi 1 il üçün təxminə

İranda dollar tarixi rekorda imza atdı

İranın azad bazarında 1 dollar 171 min tümənə qalxıb. xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, bu gün səhər saatlarında 1 ABŞ dolları 171.00 tümənə satılıb ki, bu da tarixi rekorddur


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun cəbhədən son görüntülər son xeberler azerbaycan sou biznes