Abşeron Rayon İcra Hakimiyyətindən məcburi köçkünlərin yaşayış şəraiti ilə bağlı yayılmış xəbərə REAKSİYA
Abşeron Rayon İcra Hakimiyyətindən məcburi köçkünlərin yaşayış şəraiti ilə bağlı yayılmış xəbərə REAKSİYA
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini İlham Quliyev məcburi köçkünlərin dözülməz həyat şəraiti ilə bağlı yayımlanmış xəbərlə bağlı Oxu.Az-a açıqlama verib.
İ. Quliyev bildirib ki, sözügedən ailələrdən onlara heç bir müraciət daxil olmayıb:
"Məcburi köçkünlərin mənzil problemlərinin həlli ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məşğul olur. Hazırda Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün ailələri üçün qəsəbə salınır. Üç min ailəlik bina tikintisi gedir. Həmin ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edə bilər. Məcburi köçkün ailələrinin köçürülməsi Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil. Lakin, onlar öz rayonları üzrə icra hakimiyyətlərinə də müraciət edə bilərlər.
Bizə müraciət olunarsa, biz həmin ailələrin adından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi məktub ünvanlayıb, vəziyyətləri barədə məlumat verib, yeni salınan qəsəbədə bu ailələrin də vəziyyətinin nəzərə alınması barədə xahiş edə bilərik.
Həmin Komitənin Abşeron rayon üzrə nümayəndəsi var. Həftənin birinci günü onlardan xahiş edərik əraziyə baxış keçirib vəziyyətlə tanış olsunlar. Aidiyyəti üzrə də öz komitələrinə bu barədə məlumat versinlər".

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb