Abstrakt heykəllərin yaradıcısı: "Paxıl insanlar gəlib öz maskalarını düzəltsinlər" - REPORTAJ + FOTO

Abstrakt heykəllərin yaradıcısı: Abstrakt heykəllərin yaradıcısı: "Paxıl insanlar gəlib öz maskalarını düzəltsinlər" - REPORTAJ + FOTO
Vətən müharibəsinin iştirakçısı plastilinlə qeyri-adi, abstrakt heykəllər yaradır.
Oxu.Az xəbər verir ki, Bakıda yaşayan rəssam, heykəltaraş Fərid Məmmədov 2017-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub. 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Füzulidən Şuşaya qədər döyüş yolu keçib. "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Hazırda heykəltaraş kimi fəaliyyət göstərir.
Fərid Məmmədovun heykəltaraşlığa marağı uşaq yaşlarından yaranıb. İlk dəfə anası plastilindən gül düzəltməyi öyrədib. Müsahibimiz deyir ki, onu incəsənətə cəlb edən elə o plastilin olub:
Abstrakt heykəllərin yaradıcısı: "Həmin gündən sənətə marağım yarandı. Evdəkilər məni İncəsənət Gimnaziyasında təhsil almağa yönəltdilər. Mən də orada heykəltaraşlıq üzrə təhsilimi davam etdirdim. Plastilinlə daha çox eskizlər edirəm. Karandaşla olan eskizlərim çox azdır. 2009-cu ildən bəri sərgilərdə iştirak edirəm. Azərbaycanda cürbəcür sərgilər olur, əksəriyyətində iştirak etmişəm.
Orta təhsilimi başa vurduqdan sonra Memarlıq və İnşaat Universitetinə hazırlaşdım. Lakin imtahan vermək qismət olmadı. Daha sonra əsgər getdim. Əsgərlikdən gələndən sonra düşündüm ki, özümü heykəltaraşlıqda tapacağam. Ruhum onda dincəlir. Ondan öncə zərgərliklə də məşğul olmuşam. Sənətə aid bütün işlərdə fəaliyyət göstərmişəm. 2017-ci ildə Rəssamlıq Akademiyasına daxil oldum. Bu il də magistraturanı bitirdim".
Heykəltaraş yaratdığı qeyri-adi heykəlləri haqqında məlumat verir:
"Köhnə Qarabağ ilə yeni Qarabağa aid heykəl yaratdım. Bu, "Qum saatı"dır. İşin adını dəyişib "Yeni gənclər" qoymaq istəyirəm. Çünki zamanı dəyişən bizim gənclər oldular.
Abstrakt heykəllərin yaradıcısı: Azərbaycanın formalaşdırdığı güclü oğullar Vətən uğrunda canlarından keçdilər. Onlara həsr etmişəm. O "Qum saatı"nı onlar çevirdilər. Biz də onların sayəsində başa düşdük ki, Vətən, torpaq və millət nədir. Bu "Qum saatı" Şuşa sərgisində üçüncü yerə çıxdı.
Digər çox təəccüblə qarşılanan heykəlimin adı "Başını burax" idi. 2018-ci ildə qəzaya düşdüm. Dərd mənə ağır gəlirdi. Hamı mənə deyirdi ki, "başını burax". Axırda düşündüm ki, necə başını buraxmaq olur? Ağlıma belə bir ideya gəldi. Özümü təsəvvür etdim".
Abstrakt heykəllərin yaradıcısı: F.Məmmədov ilk əl işindən söz açır:
"Bir dostum var idi. Bacısı xərçəng xəstəliyinə tutuldu. Kimyaterapiya alırdı. Hamı bilirdi ki, rəhmətə gedəcək. Skripka ifaçısı idi. Rəhmətə gedəndən sonra onun büstünü yaratmağı mənə həvalə etdilər. Onun son ifasına qulaq asa-asa mələk büstü düzəltdim. Adını da "Son ifa" qoydum.
Zodiak bürclərinə də fikir verirəm. Çox insan bürclərə inanmır. Bürclər insanları tanımağa mənə kömək edir. 12 bürc var. 12 nəfərdən birinin diqqətini çəkəcəyini düşünürəm. Ona görə bürcləri təsvir edən heykəllərə üstünlük verirəm. Eqoya aid heykəlim də var".
Abstrakt heykəllərin yaradıcısı: Gənc heykəltaraş ötən il Sankt-Peterburqa, universitetdə praktikaya göndərildiyini söyləyir:
"Mən orada naturadan portret yaratdım. Bir də "Başını burax" heykəlinin başqa kompozisiyasını təqdim etdim. Çox təəccüblü gəldi. Məndən soruşdular ki, necə oldu, bunu yaratdın? Təcrübədən sonra orada qalmaq istəyirdim. Sonra düşündüm ki, bizdəki gənclərə aşılamaq lazımdır. Paxıl ol! Lakin yaxşı tərəfdən. Hər zaman bunu deyirəm.
Abstrakt heykəllərin yaradıcısı: Bizdə incəsənət sahəsində qazanc azdır. Məni yoran işlə məşğul olmamağa çalışıram. Kimin istedadı varsa, ruhlarının fərqində olsunlar. İşləsinlər, yaratsınlar. İnsanların istedadını üzə çıxarmaq istəyirəm. Təklif edirəm ki, paxıl insanlar gəlib öz maskalarını yaratsınlar".
PhotoStock.az Fərid Məmmədovun abstrakt heykəllər yaratdığı emalatxanasından fotoreportaj hazırlayıb. Fotoları təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 27 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeber 2026 son xeberler azerbaycan xeber.az son xeberler