AccessBank AKİA-ın dəstəyi ilə 532 fermerə dəstək oldu
AccessBank aqro sahədə fəaliyyət göstərən sahibkarlara dəstək olmaqda davam edir.
azxeber.com xəbər verir ki, bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, 2021-ci ildə 532 sahibkar kənd təsərrüfatı üzrə müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə güzəştli kreditlərdən faydalanıb.
AccessBank bu çərçivədə 2021-ci ildə dövlət xətti ilə fermerlərə 5 297 000 AZN həcmində kredit verib. Bu kreditləşmə üzrə maksimal məbləğ 200.000 AZN təşkil edib. Bərdə, Lənkəran, Gəncə, Xaçmaz və Mingəçevir sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar ən çox heyvandarlıq, arıçılıq, əkinçilik, bağçılıq sahələri, həmçinin aqrotexniki xidmətlərin inkişafı üçün müraciət ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün kreditlərin verilməsinə başlanılıb. Fermerlərə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvan alışı üçün 15.000 AZN-dək mikrokredit, digər məqsədlər üçün isə 200.000 AZN-dək nağd şəkildə kredit təklif olunur.
Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:
Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin AccessBank-ın 151 Əlaqə mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına yaxınlaşa bilərlər.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR