AccessBank AniPay ödəniş sisteminə qoşuldu

AccessBank AniPay ödəniş sisteminə qoşulduAcessBank Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış qabaqcıl AniPay köçürmə və ödəniş sisteminə qoşuldu.
azxeber.com xəbər verir ki, AniPay fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verir. Bununla da nağdsız köçürmələri icra etmək asanlaşdı. Köçürmə etmək üçün artıq mürəkkəb bank rekvizitlərini yadda saxlamağa ehtiyac qalmadı. Bunun üçün sadəcə qarşı tərəfin mobil telefon nömrəsini bilmək yetərlidir. Bundan əlavə, yeni sistemlə ödəniş cəmi 5 saniyə ərzində hesaba oturur.
AniPay-dən yararlanmaq və pul köçürmələri reallaşdırmaq üçün vətəndaşlar ilk növbədə sistemdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat AccessBank-ın filiallarında və ya myAccess platformasında həyata keçirilə bilər. Qeydiyyatdan keçən müştərilər AniPay sisteminin bir sıra imkan və üstünlüklərindən faydalanacaqlar – vətəndaşlar arasında kart və cari hesablardan ani köçürmələr, satış və xidmət nöqtələrində POS terminal vasitəsilə cari və kart hesablarından kart olmadan ödənişlərin həyata keçirməsi və s.
AccessBank müştərilərə bu il Banka məxsus POS terminallarda AniPay ödənişlərini və myAccess mobil tətbiqində digər bankdakı hesablarını əlavə edərək onları idarə etmək imkanlarını təqdim edəcək.
AccessBank-ın Biznesə Dəstək Departamentinin rəhbəri Samir Abdullayev AniPay-in üstünlüklərindən danışıb: "Yeni sistemin əsas məqsədi köçürmə və nağdsız ödənişləri əhali üçün əlçatan etməkdir. AccessBank müştəriləri üçün AniPay-ın tətbiqi nağdsız ödənişlərin effektivliyini yüksəldəcək. İnanırıq ki, AniPay sisteminin tətbiqi və geniş istifadəsi ölkədə nağd pulla aparılan əməliyyatların azalmasına və nağdsız hesablaşma mədəniyyətinin güclənməsinə xidmət edəcək."

İqtisadiyyat       Tarix: 25 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber son xeberler bu gun metbuat xeberleri cəbhədən son xəbərlər 2026