AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda

AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımdaAccessBank dinləyicilər üçün yeni onlayn audio platforması – AccessRadio-nu istifadəyə verib. Bank sektorunda ilk dəfə tətbiq olunan bu təşəbbüs musiqi, podkast və müxtəlif audio verilişləri vahid platformada bir araya gətirir.
AccessRadio istifadəçilərə müxtəlif janrlarda seçilmiş musiqilərlə yanaşı, AccessTalks podkastının buraxılışlarını və AccessBank əməkdaşlarının iştirakı ilə hazırlanan audio verilişləri dinləmək imkanı yaradır. Platformada maliyyə, biznes, texnologiya və digər aktual mövzular üzrə faydalı və maraqlı məzmun təqdim olunur.
Yeni audio platformanın yaradılmasında məqsəd auditoriya ilə ünsiyyət üçün daha müasir və rahat format təqdim etmək, eyni zamanda faydalı məlumat və əyləncəni bir platformada birləşdirməkdir.
AccessRadio-ya qoşulmaq üçün AccessBank-ın rəsmi veb-saytına daxil olaraq radio bölməsinə keçid etmək kifayətdir:
AccessBank yeni layihə ilə ənənəvi bank xidmətlərindən kənarda da auditoriyası üçün faydalı və innovativ rəqəmsal təcrübələr yaratmağa davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz. 
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / azxeber.com

İqtisadiyyat       Tarix: 01 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan- karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. -un məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və kart

Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi

Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yen

AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb

"Unibank" üçüncü rübün maliyyə nəticələrini açıqladı

"Unibank" KB 2026-cı ilin üçüncü rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib. Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 33 milyon manat olub

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb. Belə ki, "Adı ilə böyüsün" layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlər

Radius "Canlı əfsanələr" layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir

Radius ölkəmizin tarixində və cəmiyyətində xüsusi iz qoymuş görkəmli şəxsiyyətlərə həsr olunan "Canlı əfsanələr" layihəsinin 2026 kolleksiyasını təqdim edir. xəbər verir ki, 2026 kolleksiyası Azərbaycan futbolund

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ

Dünya bazarında qızılın qiymətinin 2027-ci ildə hansı səviyyəyə çatacağı ilə bağlı fərqli proqnozlar səsləndirilir. Bir sıra beynəlxalq maliyyə qurumları qiymətlərin yüksələcəyini gözləyir. Proqnozlarda qızılın bir troy


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler kriminal xeber maraqlı xəbərlər xeber