"AccessBank" özünüməşğulluq proqramı çərçivəsində 18 sahibkara dəstək oldu

"AccessBank"AccessBank" biznesini qumaq istəyən sahibkarlara dəstək olur. Belə ki, Bank, 2021-ci ilin ilk 5 ayı ərzində özünüməşğulluq layihəsi çərçivəsində ailə biznesi qurmaq istəyənlərə, fiziki imkanları məhdud şəxslərə və şəhid və ya qazi ailələrinin üzvləri olan 18 sahibkara biznesləri üçün zəruri olan avadanlıqları ianə edib. Dəstək almış vətəndaşlar sırasında fotoqraf, bərbərxana və gözəllik salonu sahibləri, həmçinin maldarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar yer alıb. Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən sahibkarlardan 7 nəfərə gözəllik salonu, 3 nəfərə kişi bərbərxanası, 1 nəfərə foto xidməti göstərə bilməsi üçün avadanlıqlar, 7 nəfər sahibkara isə iri buynuzlu mal-qara təqdim olunub.
"AccessBank" cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış proqramın əsas məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır.
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

İqtisadiyyat       Tarix: 25 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

"Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir" - Ekspert

"Ermənistanda seçkinin nəticəsi Paşinyanın taleyindən daha çox Ermənstanın gələcək istiqaməti və regionun yeni mərhələdə necə formalaşacağı ilə bağlı bir siqnaldır". Bunu -a açıqlamasında iqtisadçı Eldəniz Əmiro

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 139,7 dollar azalaraq 4 365,3 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 4,87 dollar azalaraq 69,1 dollara bərabər olub

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib. Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent"

AZAL Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib

Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1–16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşru

Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR

Pensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bi

EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layi

Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto

21-26 may tarixlərində Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası tərəfindən həyata keçirilmiş "Gənclər üçün biznes təlimləri" layihəs

Azərbaycanın dövlət borcu bu qədərdir

2026-cı il 1 yanvar tarixinə olan Azərbaycanın dövlət borcu açıqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəy

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün mümkün ola


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri en son xeber bugünki xəbərlər hava