AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verirAccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir.
Artıq ənənəvi təşəbbüsə çevrilən layihə çərçivəsində altı həftə ərzində iştirakçılar biznesin idarə olunması, maliyyə savadlılığı, marketinq, strateji planlaşdırma, satış və biznesin inkişafı üzrə praktiki təlimlərdə iştirak edəcəklər. Proqram sahibkarlara əldə etdikləri bilikləri gündəlik fəaliyyətlərində tətbiq etmək üçün faydalı alətlər və yeni yanaşmalar qazandırmağı hədəfləyir.
İştirakçılar eyni zamanda digər qadın sahibkarlarla təcrübə mübadiləsi aparmaq, yeni peşəkar əlaqələr qurmaq və bizneslərinin inkişafı üçün yeni imkanlar əldə etmək şansı qazanacaqlar.
Access2Success-də iştirak etmək istəyən qadın sahibkarlar 25 oktyabr 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər. 
 Qeydiyyat üçün link
Access2Success layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib. İndiyədək layihədə 200 qadın sahibkar iştirak edib. Beşinci buraxılışın keçirilməsi AccessBank-ın qadın sahibkarlığının dəstəklənməsi istiqamətində uzunmüddətli təşəbbüslərinin davamıdır.
AccessBank qadın sahibkarları öz bizneslərini inkişaf etdirmək, yeni biliklər qazanmaq və yeni imkanlar əldə etmək üçün Access2Success-ə qoşulmağa dəvət edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz. 
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / azxeber.com

İqtisadiyyat       Tarix: 09 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur. Hazırda bazarda ən ucuz kənd yumurtası Cəlilabaddan gətirilən yumurtadır. Onun bir ədədinin qiyməti 30 qəpikdir. Ümumilikdə isə kən

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a ƏƏSMN-dən məlumat verilib. Bildirili

Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın investisiya imkanlarının beynəlxalq miqyasda tanıdılması və ölkəyə yeni sərmayələrin cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. . Offside Media tərəfindən yaradılan yeni internet resurs

Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb. Belə ki, "Adı ilə böyüsün" layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlər

AZAL daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin ümumi sayı 31-ə çatıb. Yeni "Airbu

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Bakı-Naxçıvan reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) sentyabrın 28-də planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşları

AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler xeberlər ən son xəbərlər bugün qurban bayrami 2026